ATƏT nümayəndəsi Azərbaycandakı repressiyalardan narahatdır

İzabel Santos bəyanat yayaraq, Azərbaycan hakimiyyətinə müraciət etdi

Source:


İzabel Santos bəyanat yayaraq, Azərbaycan hakimiyyətinə müraciət etdi

ATƏT Parlament Assambleyasının demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə komitəsinin sədri İzabel Santos (Portuqaliya) Azərbaycanda vətəndaş cəmiyyətinə və jurnalistlərə qarşı davam edən repressiyalara görə dərin narahatlığını bildirib. O, yenidən ölkə rəhbərliyinə müraciət edərək, həbsdə olan hüquq müdafiəçilərini azad etməyə çağırıb.

“Turan” İA-nin məlumatına görə, ATƏT PA-nın yaydığı bəyanatda deyilir ki, Azərbaycanda hüquq müdafiəçilərinin və jurnalistlərin ünvanına hədələr səngimək bilmir və bu, ölkəni demokratiyadan daha da uzaqlaşdırır.

Jurnalist Xədicə İsmayılovanın qapalı məhkəmə prosesinin keçirilməsi, ona qarşı yeni ittihamların irəli sürülməsi, hüquq müdafiəçisi Leyla Yunusun həbs  müddətinin uzadılması yenidən narahatlığa  səbəb olub.

“Bu hadisələr hakimiyyətin bütün müstəqil səsləri və özgəfikirliləri susdurmaq məqsədi güdməsilə bağlı beynəlxalq birliyin narahatlığını artırır. Buna con qoyulmalıdır. Mənim xanım Yunus, həmçinin hüquq müdafiəçiləri Anar Məmmədli və Rəsul Cəfərovla bağlı sorğuma cavab verilməyib”, –  – İ.Santos  bildirib..

Son aylar Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və nazir müavini Mahmud Məmmədquliyevə ünvanlanan məktublarda İ.Santos L.Yunus və R.Cəfərova qarşı irəli sürülən ittihamlara, hüquq müdafiəçisi Emin Hüseynovun ölkədən çıxmasına qadağa qoyulmasına, Azadlıq Radiosunun Bakı bürosunda axtarış aparılmasına və nəticədə onun bağlanmasına dair əlavə məlumat verilməsini xahiş edib.

E.Santos M.Məmmədqulievə məktubunda A.Məmmədli, R.Cəfərov və L.Yunusa baş çəkməsini təkrar xahiş edib. İlk müraciət Azərbaycan hökumətinə hələ 2014-cü ilin iyununda göndərilib.

“İ.Santos 2015-ci ilin fevralında öz məktublarına cavab alıb. Məktublarda L.Yunus və Azadlıq Radiosu ilə bağlı məlum bilgilər təkrarlanır. R.Cəfərovla E.Hüseynov barədə məlumat yoxdur.

2014-cü ildə ATƏT PA-nın Bakıda keçirilən illik sessiyasında ATƏT ölkələrindən olan deputatlar yekun bəyannamədə Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya daxil olmaqla, bəzi ATƏT ölkələrində hüquq müdafiəçilərinin və hakimiyyəti tənqid edənlərin həbs olunması, qorxudulması faktları ilə bağlı narahatlıq ifadə olunub”, – məlumatda deyilir.

Ana səhifəXəbərlərATƏT nümayəndəsi Azərbaycandakı repressiyalardan narahatdır