Anar Məmmədlinin həbs müddəti uzadıldı

Vəkil apellyasiya şikayəti verəcəklərini bildirdi.

Source:

Vəkil apellyasiya şikayəti verəcəklərini bildirdi

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin həbs müddəti uzadılıb. Bu barədə mərkəz sədrinin vəkili Elçin Sadıqovun verdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsi prokurorluğun vicdan məhbusu haqqında verdiyi təqdimata baxıb. Hakim prokurorluğun qaldırdığı vəsatəti təmin edib və Anar Məmmədlinin həbs müddətini iyunun 16-dək uzadıb. Vəkil deyib ki, məhkəmənin bu qərarından apellyasiya şikayəti verəcəklər.

Qeyd edək ki, Anar Məmmədli ötən ilin 16 dekabrında həbs olunub. Onu qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda və vergidən yayınmaqda ittiham edirlər.

Vicdan məhbusı ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

Ana səhifəXəbərlərAnar Məmmədlinin həbs müddəti uzadıldı