“ABŞ və Azərbaycan arasında münasibətlərin çətin günləridir”

“Kiçik islahatlar sülh danışıqları ilə birlikdə davam etdirilməlidir”

Source:


“Kiçik islahatlar sülh danışıqları ilə birlikdə davam etdirilməlidir”

Amerika-Azərbaycan ikitərəfli əlaqələri 1990-cı illərdə, hətta 2000-ci ilin əvvəllərində güclü idi, lakin indi demək olar ki, bu əlaqələr dondurulub, amerikalı analitiklər belə hesab edirlər.

İndiki münasibətlər hər iki tərəfdən özünü doğrultmayan gözləntilərin və məyusluqların nəticəsidir. Brukinqs İnstitutunda Mərkəz direktoru Fiona Hill belə hesab edir.

Mayın 15-də Vaşinqtonda Qərbin Cənubi Qafqazda siyasətinə həsr olunan konfransda çıxış edən F.Hill qeyd edib ki, ötən ilin əvvəlində Azərbaycanda vətəndaş cəmiyyəti və qərb institutlarının sıxışdırılması fonunda Bakı və Vaşinqton arasında münasibətlər kəskin pisləşib.

Azərbaycanda yüksək vəzifəli dövlət məmurları Amerika administrasiyasını antiazərbaycan siyasətində, həmçinin antisemitizm və antiislamda ittiham etməyə başlayıblar.

F.Hill hesab edir ki, Cənubi Qafqazda Rusiya, ABŞ və Aİ-nin maraqları toqquşur, onların regionla bağlı yanaşmaları üst-üstə düşmür. ABŞ, Aİ və Türkiyə “ayrı-ayrılıqda yox, bir yerdə işləməlidirlər”, diqqəti Ermənistan, Azərbaycan və Gürcüstanın dəstəklənməsinə yönəltməlidirlər, o vurğulayıb.

Aİ-nin ABŞ-dakı nümayəndəsi Klaus Botzet onunla razıdır. O güman edir ki, Aİ Qafqaz ölkələri ilə münasibətlərinə sadiqdir və mühüm resurslar qoya bilərlər.

Eyni zamanda əlavə edib ki, “biz öz dəyərlərimizi – demokratiya, insan hüquqları, söz azadlığı – qurban verməyəcəyik”.

“Şərq tərəfdaşlığından danışan K.Botzet qeyd edib ki, Gürcüstan bu proqramdan artıq faydalanıb: assosiasiya haqqında sazişdən sonra Gürcüstanın Avropaya ixracı 12 faiz, Moldovanın isə 20 faiz artıb.

Moldova artıq vizasız rejimdən istfadə edir. Gürcüstan ilin sonunadək analoji  hüquq əldə edəcək. Eyni zamanda Avropa tərəfdaşlıq siyasəti dəyizməz qalır və biz Azərbaycanla işi dayandırmayacağıq”, – o vurğulayıb.

Türkiyənin regiondakı rolundan danışan bu ölkənin Azərbaycandakı keçmiş səfiri Ünal Çeviköz deyib ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesində anlaşılmazlıq və yanılma olmayıb. “Bu 2008-ci ildə regionda Türkiyə xarici siyasətinin məntiqi nəticəsi idi”.

Hazırda Ankara Suriya probleminə yönəlib. “Bu o demək deyil ki, biz Cənubi Qafqazı unutmalıyıq”, – o qeyd edib.

Tədbirin digər iştirakçıları Qarabağ münaqişəsi səbəbindən gərginliyin artdığını qeyd ediblər.

“Bu cür münaqişələri həll edilməmiş saxlamaq təhlükəlidir”, – dövlət katibinin Avropa məsələləri üzrə köməkçisinin müavini Erik Rubin bildirib.

“Kiçik islahatlar eyni zamanda sülh danışıqları ilə birlikdə davam etdirilməlidir”, – o bildirib və əlavə edib ki, Vaşinqton dinc nizamlanma yolunun axtarışı məqsədilə Azərbaycanla Ermənistan arasında dialoqun davam etdiriləcəyinə ümid bəsləyir.

“Hər iki ölkə durumun kəskinləşməsindən qaçmalıdır, çünki münaqişənin hərbi yolla həlli yoxdur”, – Rubin vurğulayıb (Turan İA).

Ana səhifəXəbərlər“ABŞ və Azərbaycan arasında münasibətlərin çətin günləridir”