“ABŞ səfirliyi Azərbaycanda çevriliş hazırlamır”

“Səfir Sekuta həmçinin Azərbaycan hökumətinin yüksək rütbəli təmçilçilərilə də görüşlər keçirir”

Source:

“Səfir Sekuta həmçinin Azərbaycan hökumətinin yüksək rütbəli təmçilçilərilə də görüşlər keçirir”

“ABŞ-ın səfirliyi Azərbaycanda çevriliş hazırlamır. Səfirlik ölkədə nə hansısa partiyanı təlimatlandırır, nə də partiyaları maliyyələşdirir. Bu barədə olan istənilən şaiyələr ABŞ-ın Azərbaycanın sabitliyinə, firavanlığına və müstəqilliyinə illər boyu verdiyi mühüm dəstəyə və əməkdaşlığa qarşı ədalətsizlikdir”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “ABŞ səfirliyinin bəyanatı media şaiyələrini ifşa edir” bsaşlıqlı bəyanatında deyilir.

Son zamanlar bir sıra iqtidaryönümlü medialar ABŞ səfirinin müxalifət liderləri ilə görüşlərində dövlət çevrilişi, müxalifətin maliyyələşdirilməsi və təlimatlandırılması ilə bağlı söhbətlər aparması barədə məlumatlar dərc edib.

Səfirliyin bəyanatında deyilir ki, səfir Sekuta Yeni Azərbaycan Partiyası, Xalq Cəbhəsi və Müsavat partiyaları da daxil olmaqla, müxtəlif siyasi partiyalar nümayəndələri ilə görüşərək onların fikirlərini dinləyib. Sözügedən görüşlər səfirin Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin təmsilçiləri ilə görüşmək və onların fikirləri ilə tanış olmaq niyyətinin bir hissəsidir və bu görüşlər barədə məlumat ictimayyətə öncədən çatdırılıb. Səfir həmçinin Azərbaycan hökumətinin yüksək rütbəli təmçilçilərilə də görüşlər keçirir (Turan İA).

Ana səhifəXəbərlər“ABŞ səfirliyi Azərbaycanda çevriliş hazırlamır”