89 xəsarət alan və bir ölü

89 xəsarət alan və bir ölü. Bu statistika dekabrın 31-dən Bakıya yağan qar nəticəsində ziyan görmüş sakinlərin sayıdı. Bakı şəhər təcli təxirə salınmaz yadım stansiyasından verilən məlümata görə son dörd gün ərzində 80-nəfər buzlu yollarda yıxılaraq müxtəlif xəsarətlər alıb, 10 nəfər evsiz insan isə donvurma ilə xəstəxanalara yerləşdirilib və onlardan biri dünyasını dəyişib. Sürüşərək xəsəraət alanlardan 55 nəfəri də xəstəxanaya çatdırılıb.

Bu qısa vaxt ərzində xeyli sayda insanın xəsarət alması yollarda, səkilərdə qarın və buzun lazımi səviyyədə təmizlənməməsinin nəticəsidir. Mərkəzi küçələrdə qum və duzun səpilməsinə, səkilərin təmizlənməsinə rast gəlinsə də, əksər kənar ərazilərdən yan keçilib.

Ana səhifəVideo89 xəsarət alan və bir ölü