84 qəpik gəlirli ailə yardım istəyir

32 yaşlı Mirzağa Zeynalov evə çörək alsın deyə zibillikdə dəmir axtarır və aparıb satır. Onun 3 azyaşlı uşağı var. Zeynalovlar imkansızlıqdan aylardır kirayə haqqını ödəyə bilmirlər.  Ev rütubətli olduğundan uşaqlar tez-tez xəstələnir. Körpələrin tək problemi bu da deyil. Mirzağa Zeynalov aylardır yolpulu yığa bilmədiyi üçün sosial yardım üçün də gedə bilmir.

Mirzəağa Zeynalov nevroz xəstəliyinə görə hərbi xidmətə yararsız sayılıb. Üstəlik 2dəfə də infarkt keçirib. Bunlar da iş tapmağını çətinləşdirir.

Ana səhifəVideo84 qəpik gəlirli ailə yardım istəyir