7 ayda sığınacağa 72 nəfər yerləşdirilib

Təmiz Dünya” təşkilatına yarım ildə 1741şəxs müraciət edib, onlardan 1517-si potensial qurbanlardır

Source:


Təmiz Dünya” təşkilatına yarım ildə 1741şəxs müraciət edib, onlardan 1517-si potensial qurbanlardır

2015 -ci ilin 7 ayı ərzində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə 1741 müraciət daxil olub. Müraciət edənlərdən 4-ü insan alveri qurbanları, 1517-si potensial qurbanlar, 148-i məişət zorakılığı qurbanıdır.

“Təmiz Dünya” dan Meydan TV-yə daxil olan məlumatda bildirilir ki, birliyin sığınacağına 72 nəfər yerləşdirilib ki, onlardan da 12-si uşaqlardır. Bundan başqa, birliyə hüquqi yardım üçün müraciət edənlərin sayı 445 nəfərdir. “Qaynar xətt” vasitəsilə 735 nəfər məsləhət almaq istəyib. 289 nəfərə psixoloji yardım göstərilib. Tibbi yardım üçün təşkilata müraciət edənlərin sayı yüksək olub -824 nəfər. Onlardan 4-ü əməliyyat, 6-sı 7 saylı qadın məsləhətxanası, 9-u dəri-zöhrəvi dispanser, 4-ü doğuş, 11-i ümumi müayinə, 702-si QİÇS Mübarizə Mərkəzinə qan analizlərinə, 100-ü genikoloqa istiqamətləndirilib.

Təşkilat müraciətlərlə bağlı Mirqasımov adına Respublika Klinik Xətəxanası, 7 saylı qadın məsləhətxanası, Vərəm Dispanseri, 5 saylı xəstəxana, Musa Nagiyev adına xəstəxana ilə əməkdaşlıq edir. Hesabat dövrü ərzində 6 nəfər işlə təmin edilib, 3 nəfər peşə bacarıqları üzrə kurslara istiqamətləndirilib. Bu müddət ərzində “Təmiz Dünya” İB Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “İnsan alveri ilə mübarizədə potensialın artırılması” layihəsi üzrə Sabirabad, Saatlı, Hacıqabul, İsmayıllıda tədbirlər həyata keçirib. Tədbirlərdə iştirakçıların sayı 1500 nəfərə yaxın olub. Layihənin büdcəsi 13 min manat təşkil edib. Layihə çərçivəsində son tədbir Şəkidə keçiriləcək. Məlumatda bildirilir ki, hazırda təşkilatın yeganə maliyyə mənbəyi sözügedən layihədir: “7 aydır ki, təşkilat tam könüllü prinsip əsasənda fəaliyyət göstərir”.

Ana səhifəXəbərlər7 ayda sığınacağa 72 nəfər yerləşdirilib