1350 manatlıq borca görə əllərini kəsdilər (yenilənir)

Faktla bağlı Zaqatala rayon Polis şöbəsi tərəfindən hadisəni törədən şəxs və yaxud şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində araşdırmalar aparılır

Source:


18.52. Respublika Prokurorluğu Zaqatalada baş verən dəhşətli cinayət hadisəsi ilə bağlı məlumat yayıb.


Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, Zaqatala rayon prokurorluğunda aparılmış ilkin araşdırmalarla noyabrın 28-də rayon sakinləri Rəşad Tahirov və Araz Musayevin qabaqcadan əldə olunmuş razılığa əsasən həmyerliləri Vüsal Bəşirovla görüşüb kirayədə yaşadıqları evə apararaq Araz Musayevə borcu olduğu üçün onu döyüb əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq həmin ünvana çağırdıqları minik avtomobili ilə şəhərin “Asma körpü” deyilən əraziyə aparmalarına, bundan sonra R.Tahirovun V.Bəşirovun ayaqlarını tutması, A.Musayevin isə özü ilə gətirdiyi balta ilə Vüsalın hər iki əlini bilək nahiyəsindən kəsərək hadisə yerindən qaçmalarına dair kifayət qədər əsaslar müəyyən edilib.


Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.1, 120.2.2, 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.


Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Musayev şübhəli şəxs qismində tutulub.


Faktla bağlı Zaqatala rayon Polis şöbəsi tərəfindən hadisəni törədən şəxs və yaxud şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində araşdırmalar aparılır

Noyabrın 28-də Zaqatalada törədilən cinayətin təfərrüatı məlum olub. “Report” xəbər verir ki, Zaqatala şəhəri, Azərbaycan prospektində yaşayan 1989-cu il təvəllüdlü Vüsal Bəşirov hər iki qolunun bilək nahiyəsindən tamamilə kəsilməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Vüsal Bəşirovun üzərində təcili əməliyyat aparılıb və hər iki qolu biləkdən amputasiya edilib.

Cinayət 1350 manat borca görə baş verib. Zərərçəkən Zaqatala şəhəri, Azərbaycan prospektində yaşayan 30 yaşlı Araz Abdullayevə pul borclu olub. Həmin şəxs B.Vüsalın ağzını və əl-ayağını yapışqanlı lentlə bağlayaraq Tala çayın üzərindən keçən asma körpünün altında qollarını kəsib. Cinayəti törədən A.Araz sonradan polisə gedərək təslim olub.

Zərərçəkmişin atası Vahid Bəşirovun dediyinə görə oğlunun borcu olub. Oğlu Bakıdan qayıdan vaxt onu qarşılamağa gedib. Borclu olduğu şəxslər isə Vüsalı söhbət etmək adıyla çayxanaya aparıblar. Oğlundan narahat olan V.Bəşirov onun mobil telefonuna zəng etsə də, zəng çatmayıb. Bir qədər sonra isə oğlunun telefonundan zəng gəlib, danışan şəxs onun əllərini kəsdiyini və xəstəxanaya aparıldığını deyib.

Polis şöbəsindən isə istintaq getdiyinə görə, hadisənin təfərrüatları barəsində məlumat verilməyib.

Zərərçəkənin yaxınlarının bildirdiklərinə görə, cinayəti törədənlər İslamın qeyri-ənənəvi təriqətinin nümayəndələri olublar.

Əlləri kəsilən Vüsal Bəşirov əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Zaqatala rayon Polis şöbəsi tərəfindən hadisəni törədən şəxs və yaxud şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində araşdırmalar aparılır.

Ana səhifəXəbərlər1350 manatlıq borca görə əllərini kəsdilər (yenilənir)