Almaniyada işləmək adı ilə Bakıda fəaliyyət göstərən “Nemətoğlu” MMC ilə müqavilə bağlayan Nail Mehdiyev aldadıldığını iddia edir. Onun sözlərinə görə, razılaşdırılan xidmət haqqının yarısını – 1300 manatı ödəsə də, şirkət vəd etdiyi şərtləri yerinə yetirməyib.
Mehdiyev deyir ki, pulunu geri tələb etdikdən sonra ona hədə-qorxu dolu məktublar göndərilib. O, yaşadığı təzyiqlər səbəbindən intihar həddinə çatdığını bildirir. Nail Mehdiyev iddia edir ki, Daxili İşlər Nazirliyinə etdiyi şikayətlər araşdırılmır.