Almaniyada işləmək adı ilə müqavilə bağlayan vətəndaş aldadıldığını deyir

Almaniyada işləmək adı ilə Bakıda fəaliyyət göstərən “Nemətoğlu” MMC ilə müqavilə bağlayan Nail Mehdiyev aldadıldığını iddia edir. Onun sözlərinə görə, razılaşdırılan xidmət haqqının yarısını – 1300 manatı ödəsə də, şirkət vəd etdiyi şərtləri yerinə yetirməyib.

Mehdiyev deyir ki, pulunu geri tələb etdikdən sonra ona hədə-qorxu dolu məktublar göndərilib. O, yaşadığı təzyiqlər səbəbindən intihar həddinə çatdığını bildirir. Nail Mehdiyev iddia edir ki, Daxili İşlər Nazirliyinə etdiyi şikayətlər araşdırılmır.

Ana səhifəXəbərlərAlmaniyada işləmək adı ilə müqavilə bağlayan vətəndaş aldadıldığını deyir