Rusiya Aİ ilə sərhəddə yeddi keçid məntəqəsini bağlayıb

Foto: fortton/shutterstock

“NG. Baltiya”nın xəbəri

Rusiya hökuməti iyulun 1-dən Finlandiya, Estoniya və Latviya ilə sərhəddə yerləşən bir sıra dəmir yolu buraxılış məntəqələrindən keçidi dayandırıb.

“Rusiya Federasiyasının dövlət sərhədinin ayrı-ayrı sahələrində yerləşən dəmir yolu buraxılış məntəqələrindən şəxslərin, nəqliyyat vasitələrinin, malların və yüklərin keçidi 2026-cı il iyulun 1-dən əlavə edilən siyahıya uyğun olaraq müvəqqəti dayandırılsın”, — sənəddə deyilir.

Rusiya Xarici İşlər Nazirliyinə bu qərar barədə Finlandiya, Estoniya və Latviyanı məlumatlandırmaq tapşırılıb. Rusiya hökuməti qərarın səbəblərini və buraxılış məntəqələrinin nə vaxt açılacağını açıqlamayıb.

Ana səhifəXəbərlərRusiya Aİ ilə sərhəddə yeddi keçid məntəqəsini bağlayıb