Azərbaycanlı jurnalist Əfqan Sadıqovun həbsxananın tibb müəssisəsinə köçürüldüyü bildirilir

Foto: Əfqan Sadıqovun şəxsi arxivindən

Tamta Mikeladze: “Əfqan Sadıqovun səhhəti son dərəcə ağırlaşıb”

Sosial Ədalət Mərkəzinin rəhbəri Tamta Mikeladze Gürcüstanda saxlanılan azərbaycanlı jurnalist Əfqan Sadıqovun səhhətinin ciddi şəkildə pisləşdiyini bildirib.

Hüquq müdafiəçisinin sosial şəbəkələrdə yazdığına görə, Azərbaycandan Gürcüstana köçən jurnalist həbsxananın tibb müəssisəsinə köçürülüb.

“Gözlənildiyi kimi, Əfqan Sadıqovun səhhəti son dərəcə ağırlaşıb. İndi həyat yoldaşına məlumat verilib ki, zəifləmiş məhbus həbsxananın tibb müəssisəsinə köçürülüb. Bu vicdanlı jurnalistin və onun ailəsinin başına gələnlər insanlığa sığmır.
Hər iki hökumət jurnalistlərin ailələrinə qarşı cinayət əməlləri törədib, hər şeyi qurub. Cəmiyyətimizin Sadıqovun ailəsi ilə yekdil həmrəylik nümayiş etdirməsi vacibdir. Yaxın günlərdə bu işlə bağlı ictimaiyyətə və mediaya daha ətraflı məlumat verəcəyik”,
– deyə Mikeladze yazıb.

Azərbaycanlı jurnalist Əfqan Sadıqov avqustun 3-də Tbilisidə həbs edilib. Daxili İşlər Nazirliyi Sadıqovun hədə-qorxu və ilə pul tələb etmə cinayətinə görə Azərbaycan tərəfindən axtarışda olduğunu bildirib. Ailə həbsini İlham Əliyev hökumətinin siyasi təqibi ilə əlaqələndirir.

Ana səhifəSiyasətAzərbaycanlı jurnalist Əfqan Sadıqovun həbsxananın tibb müəssisəsinə köçürüldüyü bildirilir