Tərəflər bir-birini təxribat törətməkdə günahlandırır
Ermənistan Müdafiə Nazirliyi yanvarın 11-də daha bir hərbçisinin həlak olduğu barədə məlumat yayıb.
Nazirlik iki ölkə sərhədinin şərq istiqamətində Azərbaycan bölmələrinin təxribatı nəticəsində sıravi əsgər Vaan Babayanın öldüyünü açıqlayıb.
Azərbaycan Müdafiə Nazirliyi isə qarşı tərəfi atəşkəsi pozmaqda ittiham edib: “Ermənistan silahlı qüvvələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Azərbaycan mövqelərini atəşə tutub”.
“Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsindən Kəlbəcərin Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri, Tovuzun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub. Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib. Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki olmayıb”, – deyə nazirlik bildirib.
Dünən Ermənistan ordusu iki hərbçisinin öldüyünü bildirmişdi.
Yanvarın 11-də Azərbaycan ordusu da bir əsgərin həlak olması barədə məlumat yayıb.