Xalçaçılar aylıq nə qədər qazana bilər?

Bir xalçaçı ən azı 1 ay yarım vaxt ərzində evinə 250 manatdan çox maaş aparmaq gücündə deyil.

Source: Prezident.az

Bir xalçaçı ən azı 1 ay yarım vaxt ərzində evinə 250 manatdan çox maaş aparmaq gücündə deyil.



Mikroskopmedia

” saytı apardığı araşdırma nəticəsində bu qənaətə gəlib.

Bir neçə gün əvvəl prezident İlham Əliyev “Azərxalça”nın Qəbələ filialının açılış mərasimində iştirak edib. Qurumun İdarə Heyətinin sədri Vidadi Muradov bu zaman prezidəntə deyib ki, onlar toxunan hər xalçaya görə 250 manat maaş alır. Toxunan xalça nə qədər çox olsa, maaş da o qədər çox ola bilər.

Çalışın ərlərinizdən az asılı olasınız

Araşdırma zamanı isə məlum olub ki, fiziki olaraq bir xalçanın toxunmağına minimum bir ay yarım, iki ay vaxt lazım olur. Xalça toxuyanlar deyiblər ki, 1 kv metr xalçanın toxunmasına 1 ay yarım vaxt gedir. Bir ay ərzində isə ancaq seyrək xalçanı toxuyub çatdırmaq olar, bundan tez isə mümkün deyil.

Bundan başqa, xalça satışı ilə məşğul olanlar deyib ki, turistlər onlardan xalça alandan sonra onu mütləq şəkildə Xalça Muzeyində qeydiyyatdan keçirməlidirlər və onun üçün sertifikat almalıdırlar. Sertifikat imkan verir ki, onlar həmin xalçanı hər hansı bir problem olmadan ölkədən kənara çıxara bilsinlər.

Azərbaycan Xalça Muzeyinin qədim xalçalara şəhadətnamə verdiyini təsdiqləyib.

05_-e1573054028619.jpg
İlham Əliyev xalçaçı qadınlarla görüşür

Sertifikat iki qiymətədir:

Bir gün ərzində verilən sertifikat – 45 AZN

7 gün ərzində verilən sertifikat – 25 AZN

Xalça satanlar bu qaydanın onların işinə ciddi təsir etdiyini ,satışın kəskin azalmasına səbəb olduğunu deyiblər. Onların fikrincə, hər turistin yetərincə zamanı və həvəsi olmaya bilər ki, aldığı məhsulu qeydiyyatdan keçirtsin.

“Azərxalça” isə deyib ki, bu qurum ancaq öz məhsullarına cavabdehdir və öz məhsullarına sertifikat verir. Azərbaycan xalçalarının xarici bazarda qiyməti isə 646 manatla 2,040 manat arasında dəyişir.

İçərişəhərdəki satıcılar xalçalardan kiçik ölçülü olanlar 150-200 manata , böyük ölçülü olanlar isə 400-500 manata satdıqlarını deyiblər.

Ana səhifəSosialXalçaçılar aylıq nə qədər qazana bilər?