“Azərbaycanda ingilis dilini bilmə səviyyəsi çox aşağıdır”

Dünyada ingilis dilində ən yaxşı danışanlar Niderland vətəndaşlarıdır.

Source: Foto: arxiv


İngilis dilində ən yaxşı danışanlar Niderland vətəndaşlarıdır

Azərbaycanda ingilis dilini bilmə səviyyəsi çox aşağıdır (very low) və ölkə dünya reytinqində 85-ci yerdə qərarlaşıb.

“Report” saytının məlumatına görə, bu barədə “

The English Proficiency Index

”in (EPI) 2019-cu ilin yekunları üzrə hesabatında bildirilib.

Hesabat xarici dillərin tədrisi üzrə qlobal şirkət olan “Education First” (EF) ilə birlikdə hazırlanıb və 100 ölkəni əhatə edir. Reytinq siyahısı hər ölkədə kişilər və qadınlar arasında aparılan sorğuların nəticələrinə əsaslanır.

Sorğuda iştirak edən azərbaycanlı kişilərin 45,89%-nin, qadınların isə 46,29%-nin ingilis dilində danışdığı məlum olub.

Dünyada ingilis dilində ən yaxşı danışanlar Niderland vətəndaşlarıdır.

Siyahıda İsveç ikinci, Norveç isə üçüncü yeri tutub.

İngilis dilində çox yaxşı (very high) danışılan ölkələr arasında Danimarka, Sinqapur, Cənubi Afrika, Finlandiya, Avstriya, Lüksemburq və Almaniya var.

Qonşu ölkələrdən Rusiya ingilis dilini aşağı (low) səviyyədə bilən ölkələr kateqoriyasına düşərək 48-ci yeri tutub. Gürcüstan və İran da bu kateqoriyadadır və müvafiq olaraq 56-cı və 69-cu olublar.

Türkiyə də Azərbaycan kimi ingilis dilini çox aşağı (very low) səviyyədə bilən ölkələr sırasındadır və siyahıda 79-cu yerdə qərarlaşıb.

Ən aşağı göstəricilər Səudiyyə Ərəbistanı və Qırğızıstanda qeydə alınıb. Reytinqdə sonuncu yeri Liviya tutub.

Ana səhifəSosial“Azərbaycanda ingilis dilini bilmə səviyyəsi çox aşağıdır”