Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun sahibi olub. O, oktyabrın 4-də Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında altı dəfə “tay-breyk” görüşü keçirib.
32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə sonuncu dəfə ağ fiqurlarla üz-üzə gəlib.
Duel Rəcəbovun qələbəsi ilə bitib və Azərbaycan təmsilçisi Dünya Kubokunun qalibi olub – 6:4. Teymur Rəcəbov Dünya Kubokunun sahibi olan ilk şahmatçı kimi ölkə idmanının tarixinə düşüb.
Final mərhələsində ümumi hesab bərabər olduğu üçün (2:2) “tay-breyk” oynanılıb. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanıb.