Çörəyi sudan çıxanlar

Yevlax – Gəncə yolu kənarında hamam vannalarında üzən balıqlar…

Source: Meydan TV

Yevlax – Gəncə yolu kənarında hamam vannalarında üzən balıqlar… Paltar asılqanlarına oxşayan qurğularda sallanan müxtəlif növ balıqları almağa səsləyən gənclər… Bəzən müştərini cəlb etmək üçün balıqları əllərinə alıb müxtəlif hərəkətlərlə maşınlara balıq yelləyən insanlar…

Bunlar bir fotoqraf, yaradıcı insan üçün çəkici və yaddaqalıcı görüntü ola bilər. Ancaq bu görüntülər həmin kəndlərin sakinlərinin güzəranını göstəricisidir.

Satıcılar Kür və Qatabağ kanalından tutduqları balıqları növlərinə görə müxtəlif qiymətlərə verirlər. Beş, səkkiz, on bir manata da balıqlar var.

Ramin adlı satıcı neçə ildir ki, bu cür mövsümi işlə məşğuldur. Yayda meyvə, qışda balıq satmaqla iki balasını, ailəsini dolandırmağa çalışır. Dediyinə görə, bəzən elə gün olur ki, çox balıq satır və evə yaxşı pul aparır. Bəzən heç qəpik də olmur.

Səhər işıqlaşandan axşam düşənə kimi Yevlax-Gəncə yolunun kənarında dayanan bu insanlar bir gün daimi iş yerlərinin olacağı ümidi ilə hər səhər yuxudan oyanırlar.

Balıqçılar
Balıqçılar
01_14
Balıqçılar
Balıqçılar
Balıqçılar
Balıqçılar
Balıqçılar
Balıqçılar
Balıqçılar
Balıqçılar
Balıqçılar
Balıqçılar
Balıqçılar
Balıqçılar
Balıqçılar
01_1
Balıqçılar

Ana səhifəFotoreportajÇörəyi sudan çıxanlar