Müdafiə Nazirliyinin Facebook səhifəsi açıldı

Məlumatın bir mənbədən yayılması üçün MN və Silahlı Qüvvələrin adına açılmış digər səhifələrin bağlanması tələb olunur

Source:


Məlumatın bir mənbədən yayılması üçün MN və Silahlı Qüvvələrin adına açılmış digər səhifələrin bağlanması tələb olunur

Aprelin 5-dən Azərbaycan Müdafiə Naizrliyinin Facebook rəsmi səhifəsi fəaliyyətə başlayıb.

Bu barədə Müdafiə Nazirliyinin rəsmi səhifəsində azərbaycan, ingilis və rus dillərində məlumat paylaşılıb.

Bildirilir ki, Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər:

https://www.facebook.com/www.mod.gov.az

Eyni zamanda, Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin adına Facebook sosial şəbəkəsində digər səhifələr açmış şəxslərə məlumatların bir mənbədən yayılması və mümkün dezinformasiyanın qarşısının alınması məqsədilə onların tez bir zamanda bağlanılması tələb olunur.

Ana səhifəAnalitikaMüdafiə Nazirliyinin Facebook səhifəsi açıldı