“Birlik-İnşaat” MMC-nin rəhbəri axtarışa verilir

Elman Tağıyev Cinayət Məcəlləsinin 4 maddəsi ilə təqsirləndirilir

Source:

Elman Tağıyev Cinayət Məcəlləsinin 4 maddəsi ilə təqsirləndirilir

Azərbaycanda tikinti şirkətinin rəhbəri barəsində axtarış elan edilib. APA-nın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1963-cü il təvəllüdlü Elman Həsənqulu oğlu Tağıyev  Cinayət Məcəlləsinin dələduzluq (Cinayət Məcəlləsinin 178-ci maddəsi) , vəzifə səlahiyyətlərindən sui-istifadə etmə (Cinayət Məcəlləsinin 308-ci maddəsi), Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq dəyişmə (Cinayət Məcəlləsinin 319-cu maddəsi) və vergidən yayınmaqda (Cinayət Məcəlləsinin 213-cü maddəsi) təqsirləndirilir.

Elman Tağıyev “Birlik-İnşaat” MMC və “Hayan-E” MMC-nin rəhbəri olub. O, 210 mənzili 543 nəfərə təkrar sataraq, ümumilikdə vətəndaşlara 10 milyon manatdan çox ziyan vurub. E. Tağıyev və onun ətrafında olan şəxslərin qanunsuz hərəkətləri ilə bağlı başlanmış cinayət işinə 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Hökmə əsasən, dələduzluqda təqsirləndirilən şirkətin təsisçisi və direktoru Eyvaz Fərəcov, əməkdaşları Soltan Məhərrəmov və Çingiz Əzimov 15 il müddətinə azadlıqdan məhrum ediliblər. Barələrində həbs-qətimkan tədbiri seçilməyən Elman Tağıyev və Roza Minaçaeva barəsində də 15 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Məhkəmə zalında olan Roza Minaçaeva həbs edilib, Elman Tağıyev isə məhkəməyə gəlmədiyi üçün həbs olunaraq təcridxanaya göndərilməsi barədə qərar qəbul edilib.

İstintaq araşdırması zamanı cəmiyyətin təsisçisi və direktoru Elman Tağıyev, baş mühasibi Roza Minaçaeva, həmçinin MMC-də qeyri-rəsmi işləmiş Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimovun özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasında 210 mənzili və 1041 kvadrat metr qeyri-yaşayış sahəsini saxta müqavilələr tərtib etməklə 543 nəfərə təkrar sataraq əldə edilmiş 15 milyon 416 min 964 manat vəsaitin 4 milyon 780 min 593 manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 10 milyon 636 min 371 manat məbləği isə dələduzluq yolu ilə taladıqları müəyyən edilib.

 Lakin E. Tağıyev ölkədən qaçdığı üçün məhkəmənin onunla bağlı çıxardığı qərar icra olunmayıb.

Ana səhifəXəbərlər“Birlik-İnşaat” MMC-nin rəhbəri axtarışa verilir