5 noyabrda Nəsimi rayon Məhkəməsində vəkil Qurban Məmmədovun prosesi keçirilib. Prosesdə iştirak edən zərərçəkən və şahid çarpaz dindirilib. Onların fikirləri ziddiyyət təşkil edib.
Məhkəmədə vəkil Fəxrəddin Mehdiyev Qurban Məmmədova qarşı həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verib. Hakim müşavirədən sonra vəsatəti təmin etməyib.
Qurban Məmmədov maşınla adam vurmaqda təqsirləndirilir. O, avto dayanacaqda maşını saxlayarkən nəzarətçinin göstərişi ilə maşını geri verib və bu zaman nəzarətçi ayağından xəsarət alıb. Daha sonra vəkilə əlavə ittiham verilib. O, şahidin, zərərçəkmiş şəxsin yalan ifadə verməsi məqsədi ilə onları pulla ələ almada ittiham olunur. Amma vəkil həbsini hakimiyyəti sərt tənqid etməsi ilə bağlayır.
Bu yazı 11 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 5 Noyabr 2013 16:57