Siyavuş Novruzov

Источник: Foto: arxiv

Başlıq: Siyavuş Novruzov

Siyavuş Novruzov: Avropa Məhkəməsinin cərimələrini hakimlər ödəməlidir

“Vətəndaşın verdiyi vergini niyə bu işlərə cəlb etməliyik?!”

“Avropa Məhkəməsinin Azərbaycan əleyhinə çıxardığı qərarlara əsasən təyin edilən cəriməni həmin işlə bağlı Azərbaycan məhkəmələrində prosedur qaydalarını pozmaqla qərar çıxarmış hakim ödəməlidir”.

Milli Məclisin növbədənkənar sessiyasının iyunun 5-də keçirilən plenar iclasında “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Siyavuş Novruzov belə deyib.

O bildirib ki, Avropa Məhkəməsinin cərimələri dövlət büdcəsindən ödənməmlidir:

"Hakimin prosedur qaydanı pozmasına görə Avropa Məhkəməsi qərar çıxarır, nəticədə Azərbaycan dövləti başqalarına pul verməli olur. Vətəndaşın verdiyi vergini niyə bu işlərə cəlb etməliyik?! Bu cür məsələlərdə ödənilməli olan məbləğ həmin hakim tərəfindən ödənilməlidir”.

Komitə sədri vurğulayıb ki, hakimlərin çıxardığı qərarların monitorinqinin həyata keçirilməsi olduqca vacibdir:

“Əgər bir hakim prosedur qaydanı düzgün yerinə yetirmirsə, yaxud qəbul etdiyi qərar vətəndaşı narazı salırsa, onun məsuliyyətə cəlb edilməsi vacibdir. Yəni prosedur qaydalarını pozan hakimlərə qarşı mərhələli şəkildə cəza tədbirləri tətbiq etməliyik. Hakimlər öz fəaliyyətində bunu nəzərə almalıdır. Çünki məhkəmə, hakim dövlətin adından qərar qəbul edir”.

“Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndiriləcək.

Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə vaxtından əvvəl xitam veriləcək.

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/d7emlr

Самое читаемое