Oymaçı qadın

Kifayət xanım öz şagirdlərinə ağacın üzərində müxtəlif fiqurları necə işləmək lazım olduğunu göstərir
27 ildən sonra işinə dönən Kifayət Məmmədova indi sənətini şagirdlərə öyrədir
Kifayət Məmmədovanı Zaqatalada hamı oymaçı qadın kimi tanıyır. Azərbaycanda yaşayan azsaylı xalqlardan - saxurlardan olan Kifayət Məmmədova 1955-ci ildə Qax rayonunun Qum kəndində anadan olub. Atası II Dünya Müharibəsində iştirak etdikdən sonra ailəsi ilə birlikdə Dağıstandan Qaxa köçüblər və həyatlarını burada davam etdiriblər.
Kifayət Məmmədovanın istəyi bədən tərbiyəsi müəlliməsi olmaq imiş. Bakıxanov (keçmiş Razin) qəsəbəsində yerləşən peşə məktəbinə sənədlərini versə də, gecikmə səbəbindən qəbul ola bilməyib. Alternativ olaraq oyma sənəti ilə maraqlanıb.
Beləliklə, 1974-78-ci illərdə peşə məktəbinə daxil olur və oranı yüksək qiymətlərlə bitirir. Məktəbi bitirdikdən sonra isə bir neçə il doğulduğu Qax rayonunda peşəsinə uyğun fəaliyyət göstərir. Ailə qurduqdan sonra isə 27 il oyma sənəti ilə məşğul ola bilmir.
Daha sonra 2002-ci ildən bugünə kimi Zaqatalada yerləşən Uşaq Yaradıcılıq Mərkəzində işini davam etdirir. Bu müddət ərzində yüzlərlə şagirdə dərs deyib.
Kifayət xanım şagirdlərə oymanın 5 növünü öyrədir. Oyma, dağlama, qravyüra, şəbəkə və mozayka. Bunların içərisində ən çətini olan mozaykadır. Kifayət xanım deyir ki, oyma sənətinin çətin və gəlirin az olmasına baxmayaraq, peşəsinə olan sevgisi hələ də qalır:
"Tələbə yoldaşlarımdan heç kəs bu işi davam etdirmədi. Bütün çətinliklərə baxmayaraq, mən irəli düşdüm. Bu işi sevməyimdəndir ki, 27 ildən sonra yenidən davam etdirdim. Düşünürəm, insanın harada yaşayıb-işləməsindən asılı olmayaraq, gərək bir məqsədi olsun. Əgər bir hədəfin varsa, ona doğru mütləq getməlisən. Gec, yaxud tez, qələbə sənin olacaq".

Kifayət xanım öz şagirdlərinə ağacın üzərində müxtəlif fiqurları necə işləmək lazım olduğunu göstərir

Oymada bıçaqla işlədiyindən alətdən təhlükəsiz istifadə qaydalarını da izah edir

Daun sindromlu Nuru oymanın ''dağlama'' növündən üzüm şəklini çəkir

Bugünə qədər Kifayət Məmmədova müxtəlif diplom və sertifikatlara layiq görülüb

Kifayət xanım, Zaqatalada yaşayan azsaylı xalqlardan ibarət kiçik fiqur hazırlayıb
Oymaçı qadın
Пока вы здесь ...
У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.
Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.
ПОДДЕРЖИТЕ НАССамое читаемое
-
Martın 3-də Azərbaycan Xalq Hərəkatının (AXH) rəhbər üzvlərini Masallı rayonunun girişində saxlayıblar
3 Март 2019 -
Şahid səsyazısında başına gələnləri etiraf edib
27 Февраль 2019 -
Xalidə Bayramova uşağı danışdıraraq dediklərini görüntüləməyə çalışıb
11 Апрель 2019 -
"Bunun adı repressiyadır"
28 Февраль 2019