seçki

Источник: Foto: Armenpress

Başlıq: seçki

Koronavirusa baxmayaraq Qarabağda seçkilər keçirilir

Ermənistan Bakını atəşkəsi pozmaqda ittiham edib

Dağlıq Qarabağın de-fakto hakimiyyət orqanları beynəlxalq tənqidlərə və koronavirus pandemiyasına baxmayaraq, prezident və parlament seçkilərini keçirirlər, - RFE/RL xəbər verir.

Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olub, Ermənistanın dəstəklədiyi separatçılar tərəfindən ələ keçirilib. 1988-1994-cü illərdə Ermənistan və Azərbaycan arasında baş vermiş Dağlıq Qarabağ münaqişəsi ən azı 30.000 insanın ölümünə və yüz minlərlə insanın didərgin düşməsinə səbəb olub

1994-cü ildə Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəsin ardından Dağlıq Qarabağ etnik erməni qüvvələrinin idarəçiliyi altındadır. Azərbaycan etnik erməni qüvvələrinin Ermənistan tərəfindən təchiz edilmiş qoşunlarla müdafiə edildiyini deyir. Dağlıq Qarabağın müstəqillik iddiası heç bir ölkə tərəfindən tanınmır.

Bölgədə vaxtaşırı atışmalar baş verir. Martın 30-da Ermənistan Bakını atəşkəsin pozulmasında ittiham edib və deyib ki, Azərbaycanla şimal-şərq sərhəd yaxınlığında iki erməni əsgəri və bir mülki şəxs yaralanıb.

Rusiya, ABŞ və Fransa böhranın həllində vasitəçi kimi fəaliyyət göstərən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun həmsədrləridir. Qrup illərdir vəziyyətin həllində vasitəçilik etməyə çalışır.

On dörd namizəd hazırkı lider Bako Sahakyanın vəzifəsi uğrunda mübarizə aparır. Yerli qanun Sahakyanın yenidən seçilməsinə icazə vermir. On iki siyasi partiya və ittifaqlar Dağlıq Qarabağın 33 yerə sahib parlamentində mandat uğrunda mübarizə aparır.

Açıq bəyanatla Avropa İttifaqı 31 Martda Qarabağ liderlərinə bu qurumu tanımadığını xatırladıb və bu addımın münaqişənin həlli ilə bağlı beynəlxalq danışıqların gedişatına mane ola biləcəyi barədə xəbərdarlıq edib.

Avropa İttifaqının (Aİ) sözcüsü Peter Stano “Dağlıq Qarabağda qondarma” prezident və parlament seçkiləri ilə əlaqədar deyib: “Bu hadisə Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya davam edən danışıqlar prosesinin nəticəsinə xələl gətirə bilməz”.

Stano eyni zamanda Aİ-nin “ATƏT-in Minsk Qrupuna və xüsusən həmsədrlərin status-kvonun xaricində irəliləyiş əldə etməsi və hərtərəfli və davamlı sülh yolunda əsaslı danışıqlar aparmaq səylərinə” dəstəyini bir daha vurğulayıb.

Azərbaycan və onun ən yaxın regional müttəfiqi olan Türkiyə seçkiləri qınayıb.

Bəzi namizədlər koronavirus səbəbindən seçkinin təxirə salınmalı olduğunu qeyd ediblər.

Martın 30-na olan məlumata görə, bölgədə koronavirus hadisəsi qeydə alınmayıb.

Seçki məntəqələri martın 31-də yerli vaxtla səhər 8-də açılıb və axşam 8-də bağlanmalıdır.

Seçicilər bölgənin de-fakto paytaxtı Stepanakertdə (Xankəndi)və Dağlıq Qarabağın ətrafındakı digər şəhər və kəndlərdə seçki məntəqələrinə gedərək səs verirlər. Rəsmilər seçki məntəqələrinin dezinfeksiya edildiyini bildirib.

Bölgənin ən top seçki nümayəndəsi Srbuhi Arzumaniyan deyib ki, tibbi müdafiə vasitələri haqda məlumat bütün iştirakçılara paylanacaq.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/2sh5ol

Самое читаемое