İranda nümayişlər

Источник: AFP

Başlıq: İranda nümayişlər

İran nümayişçiləri təyyarə qəzası ilə bağlı küçələrə axışıb

Статья обновлена:  13 Январь 2020

Sosial mediada yayımlanan videolarda “Diktatora ölüm!” şüarları səslənir

Nümayişçilər bazar ertəsi günü, etirazların üçüncü günündə İran küçələrinə axışaraq hökumətin ABŞ ilə qarşıdurma əsnasında sərnişin təyyarəsini təsadüfən vurduqlarını etiraf etməsinə qarşı etirazlarını bildirib, -“Reuters” xəbər verir.

İrandan əldə edilən videoda iki gün davam edən hökumət əleyhinə nümayişlərdən sonra çevik polislərin və etirazçıların hələ də küçələrdə olduğu görünür. Öncəki etirazların görüntülərində ali liderə qarşı şüarlar səsləndirilib, küçələrdə qan hovuzları görüntülənib və havada silah səsləri eşidilib.

Hakimiyyət nümayəndələri polisin atəş açdığını inkar edib. ABŞ prezidenti Donald Tramp “Tweet” edərək “etirazçıları öldürməyin” deyib.

İran hökumətinə qarşı təşkil edilmiş nümayişlər 1979-cu il İran inqilabından bəri ABŞ və İran arasında baş vermiş eskalasiyanın ən son manevrası hesab edilir.

Tehran çərşənbə günü 176 nəfərin ölümü ilə nəticələnmiş Ukrayna təyyarəsini səhvən vurduğunu etiraf edib. Bundan öncə İran Trampın əmriylə İranın ən güclü hərbi komandirini öldürməsinə cavab olaraq ABŞ-ın bölgədəki bazalarına atəş açmışdı.

İranın ictimai qəzəbi İran hakimiyyəti şənbə gününə qədər qəzanın məsuliyyətini qəbul etmədiyi üçün günlərdir davam edir. Şənbə günü İran hərbçiləri qəzada öz rolunu etiraf edib.

Bazar günü axşam saatlarında yayımlanan videolarda Tehranın Azadi Meydanında keçirilmiş nümayişlərin yaxınlığında silah səsləri qeydə alınıb. Yaralılar insanlar tərəfindən daşınır və təhlükəsizlik işçilərinin tüfənglə ətrafda şütüdüyü görünür. Digər postlarda yaxınlıqdakı insanların çevik polislərə doğru səsləri eşidilir,: “Onları döymə!”

Sosial mediada yayımlanan videolarda “Diktatora ölüm!” şüarları səslənir. Etirazçıların qəzəbinin Ali lider Ayətullah Əli Xameney və dini sistemə qarşı yönəldiyi bildirilir.

“Onlar elitamızı öldürdülər və onları din xadimləri ilə əvəz etdilər”,- nümayişçilər bazar ertəsi günü bir universitetin qarşısında təşkil edilmiş etiraz nümayişində bildiriblər. Onların açıq şəkildə uçuşda öldürülənlər arasında olan, Kanadaya təhsilə qayıdan iranlı tələbələrə istinad etdiyi bildirilir.

“Reuters” görüntüləri müstəqil olaraq təsdiq edə bilmir. Dövlətə bağlı media qurumları şənbə və bazar günləri Tehranda və digər şəhərlərdə baş tutmuş etirazları əlavə məlumat vermədən yayıb.

“Etiraz aksiyalarında polis qətiyyən atəş açmırdı, çünkü paytaxtdakı polis məmurları təmkinli olmaq əmrlərini yerinə yetirirdi”, -Tehran polisinin rəhbəri Hüseyin Rəhimi dövlət televiziyasına verdiyi açıqlamada bildirib.

İranın ABŞ-la hesablaşması Tehrandakı hökumət və Yaxın Şərqdəki müttəfiqlər üçün təhlükəli bir vaxta təsadüf edir. Bundan öncə Trampın tətbiq etdiyi sanksiyalar İran iqtisadiyyatına ciddi zərbə endirib.

Ötən ilin noyabrında İran hakimiyyəti 1979-cu il inqilabından bəri hökumət əleyhinə təşkil edilmiş ən gərgin etirazlarda yüzlərlə etirazçını qətlə yetirib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  13 Январь 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/9yc0q5

Самое читаемое