Müsavat Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri İlham Həsən

Источник: Meydan TV

Оглавление: Müsavat Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri İlham Həsən

İlham Həsən: Mehdi Xəlilbəyli 6 ay əvvəl təşkilatdan uzaqlaşdırılıb

Almaniya mətbuatı Azәrbaycandan bu ölkəyə miqrant daşıyan dəstənin aşkarlanması haqda məlumat yayıb. Məlumata görə, Almaniyanın Frankfurt Mein, Köln, Koblenç və Düsserdorf şəhərlərində reyd keçirilib, 13 ev vә obyektә basqın edilərək, bir neçә nәfәr hәbs olunub.

Meydan TV-nin araşdırmasına görə, “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev, Müsavat Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri İlham Həsən, Mehdi Xəlilbəyli və və başqaları saxlanılanlar arasındadır.

Lakin Müsavat Partiyası İlham Həsənin saxlanılmadığını bəyan edib. Təşkilatın sədri də deyilənləri təkzib edən videomüraciət yayıb.

İlham Həsən həmçinin Meydan TV-nin suallarını cavablandırıb. İstintaq materiallarında adı hallandırılsa da, İlham Həsən deyilənləri yalanlayıb:

“Mənim bunlardan heç bir xəbərim yoxdur. İki-üç il bundan əvvəl Azərbaycan hökuməti Almaniyaya müraciət edəndə orda adım vardı. Ümumilikdə 15-20 nəfər azərbaycanlının adı vardı. Gecə işdə olmuşam, dünəndən telefonumda problem olduğundan sosial şəbəkələrə girə bilməmişəm, səhər gəlib baxıram aləm qarışıb bir-birinə. Mən heç Əlövsət Əliyevin həbs olunduğunu bilmirdim. Mənə yeni xəbər verildi ki, oğlu məlumatı təsdiqləyib”.

İlham Həsən Mehdi Xəlilbəylinin hələ 6 ay əvvəl təşkilatdan uzaqlaşdırıldığını deyib. Bildirib ki, o, yalnız Müsavat Partiyasının üzvüdür.

Sosial şəbəkələrdə Mehdi Xəlilbəylinin adı Azərbaycan hakimiyyəti ilə hallandırılır. Bildirilir ki, o, hakimiyyətə məxsus “Sirab” şirkətinin Almaniyadakı nümayəndəsidir.

“Mən neçə ildir o adamı tanıyırdım, sadəcə o şirkətin adını bilmirdim. İkincisi, bu problem qonşu kənddəki başqa naxçıvanlı ilə dalaşmasından başlayıb. Mənim əlaqəm olmadığı üçün bu məsələni də dəqiqləşdirib, aydınlığa çıxarmadım. Daha sonra isə Mehdi ilə dalaşan şəxs televiziyada çıxıb məni təhdid etdi. Telefonumdakı bütün nömrələr silindiyindən Mehdi ilə də əlaqə saxlaya bilməmişəm, onun saxlanılması haqda məlumatsızam”.

İlham Həsən Mehdi Xəlilbəylinin AKM-in sədr müavinliyindən çıxarılma səbəbindən də danışıb:

“Bu, tamamilə təşkilatdaxili bir məsələdir. Digər hadisələrlə heç bir əlaqəsi yoxdur. Sadəcə AKM-də fəaliyyətini zəiflətdi. Mən də dedim ki, əgər ciddi fəaliyyət göstərmisənsə, sədr müavini kimi qalmağının əhəmiyyəti yoxdur. Onun kiminləsə şəxsi davasını gətirib siyasiləşdirirlər”.

AKM-in sədri təşkilatın adının saxta sənəd alverində hallandırılmasını da maraqlı qüvvələrin əməli kimi xarakterizə edib:

“Kim nə deyir desin, Müsavat AKM fəaliyyəti boyu heç kimə saxta sənəd verməyib. Onu deyənlərin hamısına da demişəm, şərəfin, ləyaqətin, kişiliyin, qeyrətin varsa, çıxar qoy ortaya, de ki, bax bu sənəd bu qiymətə satılıb. AKM-in sənədlərini mən verirəmsə, saxta sənəd vermirəm, bunu hər kəs bilməlidir. Bunu dəfələrlə mətbuata da demişəm, bu, bir şantajdır, müəyyən maraqlı qüvvələr var ki, bununla gözdənsalma kampaniyası aparır. Kimsə ortaya çıxarıb fakt qoysun, belə bir şey yoxdur. Mənə də məlumatlar gəlir ki, Almaniyada saxta sənəd düzəldənlər var. Kimlərdir, onu da bilmirəm. Hələ 2-3 il əvvəl məndən soruşanda demişəm ki, kimdirsə, tapıb çıxarın ortaya. Fakt olmadan kiminsə haqqında bir söz demək istəmirəm, normal şərəfi olan insan da əlində sübutu olmadan insanları şantaj etməz”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/4trvks

Самое читаемое