None

Источник: 

''DOST''dan Şamaxıdakı işsizlərə təklif: küçə təmizlikçisi

Şamaxı sakinləri deyir, yeni proqram çərçivəsində onlara təklif olunan işlər yalnız küçə təmizlikçiliyindən ibarətdir

“Bu ilin yanvarında bizi rayondakı Məşğulluq Mərkəzinə toplayanda sevinmişdik. Düşünürdük ki, heç olmasa 1 il qapı-qapı düşüb iş axtarmayacağıq, bacarığımıza, peşəmizə uyğun bir illik daimi iş yerimiz olacaq. Bizə demişdilər ki, prezidentin göstərişi ilə ictimai işlərin yaradılmasına başlanılıb. Dünən bizi təkrar Məşğulluq Mərkəzinə dəvət edəndə gözləntilərimiz puç oldu. Ucdantutma hamıya süpürgəçilik işi veriblər, deyiblər, kişilər mərkəzi, qadınlar ara küçələri süpürəcək”.

Şamaxı sakini Raqib Ağayev belə deyir. O, təmir işləri üzrə ustadır. Uzun müddətdir ki, işsizlikdən əziyyət çəkirmiş. Bu ilin əvvəli o da işaxtaran kimi “İşsizin DOSTu” yeni Dövlət Proqramına qoşulub. Ancaq necə deyərlər, gözləntiləri puç olub.

“DOST” Şamaxıda…

Bu ilin əvvəli prezident İlham Əliyevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində işsizliyi aradan qaldırmaq məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) yaradılıb. Agentliyin “DOST İş Mərkəzi” işsiz vətəndaşların işlə təminatını və onlara əməkhaqqı verilməsini həyata keçirir. Proqram çərçivəsində ictimai işlərə cəlb olunan vətəndaşlar rayon məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olanların arasından seçilir. Rəsmi məlumata görə, haqqı ödənilən bu ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə təşkil edilib. Ödənişli ictimai işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və sair daxildir. Ancaq Şamaxı sakini iddia edir ki, bu proqram çərçivəsində yalnız küçə təmizlikçisi işlərinə cəlb olunurlar.

Raqib Ağayev deyir, ötən ay onu da işsiz kimi Şamaxı rayon Məşğulluq Mərkəzinə dəvət ediblər. Bildiriblər ki, rayonda işsizliyi aradan qaldırmaq üçün ictimai işlərin yaradılmasına, əhalinin işlə təmin olunmasına başlanılıb. İş üçün müraciət edənlərə tezliklə iş müjdəsi olacaq.

“Müqavilədə yazılanlarla real tələblər üst-üstə düşmür”

“Hamımızdan peşəmizi, ixtisasımızı, hansı sahədə işlə maraqlandığımızı soruşub qeydiyyat apardılar. Sonra bizə boş müqavilə vərəqələrinə imza atdırdılar. Dedilər, müqavilələr Bakıya gedib, “DOST” İş Mərkəzində təsdiqlənib qaytarılanda iş yerləriniz, şərtlər də qeyd ediləcək. Dünən bizi yenə Məşğulluq Mərkəzinə toplamışdılar. Müqavilələrimizi göstərəndə hamı narazılıq etdi. Çünki bütün müqavilələrdə ucdantutma hamını təmizlikçi işiylə təmin ediblər. Baxmayaraq ki, yanvar ayında bizi toplayanda minimum maaş 302 manat deyilmişdi, müqavilədə 166 manat yazılıb. Üstəlik, müqavilədə iş saatı 8 saat yazılıb, ancaq Kommunal Təsərrüfat Birliyinin sədri deyir, lazım gəlsə, 10-12 saat da işləyəcəksiz. Müqavilədə iş 5 günlükdür, ancaq bizə deyirlər, şənbə günləri də işə çıxacaqsız,” – Rafiq Ağayev deyir.

Onun sözlərinə görə, 300 nəfərin adından müqavilə bağlansa da, realda heç yüz nəfər yoxdur:

“Üç yüz müqavilə bağlanıb, ancaq iş təklif olunanların real sayı heç yüz nəfərə çatmır. Yerdə qalan iki yüz nəfərin maaşı kimin cibinə gedəcəksə, özləri daha yaxşı bilir”.

“Dedilər, sabahdan süpürgəni götür, keç iş başına”

Şamaxı sakini Rəfail Qasımov da bu ilin yanvarında rayon Məşğulluq Mərkəzinə dəvət olunanlardandır. Deyir, fevralın 18-də ona da yollarda təmizlikçi işi təklif olunub:

“Dünən mən də Məşğulluq Mərkəzində oldum. Dedilər, gedin, yol süpürün, iş bundan ibarətdir. Özüm suvaqçıyam, ötən ay məni siyahıya salanda soruşdular əlindən nə gəlir, dedim, 30 ildir suvaqçılıqla məşğulam. Dedilər, darıxma, prezidentimizin göstərişi var, işsizlər uyğun işlərlə təmin olunacaq. Dünən getdim, dedilər, müqavilələriniz Bakıda təsdiqlənib, qayıdıb rayona. Məni Kommunal Təsərrüfat Birliyinə yolladılar. Orada isə bildirdilər ki, fevralın 20-dən rayondakı mərkəzi küçəni süpürmək üçün səhər saat 9-da işdə olmalıyam, süpürgəni təhvil almalıyam. Deyirlər, hələlik küçə süpür, suvaqçı işi olanda, işini dəyişərik”.

Şikayətçilər deyir, imzalanan müqavilələrin surətləri onlara təqdim olunmayıb.

“Heç kim küçə süpürməyə məcbur edilmir”

Təmizlikçi işi ilə təmin olunanların və fevralın 20-dən işə çıxmalı olan rayon işsizlərinin çoxu təzə işindən imtina edib və işə çıxmayıb.

Şamaxı rayon Məşğulluq Mərkəzindən bildirilib ki, təklif olunan işlərin vətəndaşlar tərəfindən qəbul edilib-edilməməsi könüllüdür:

“Deyilənlərin əsası yoxdur, vətəndaşlar təkcə təmizlikçi yox, peşələrinə uyğun başqa işlərlə də təmin olunurlar. Peşəsi, ixtisası, bacarığı olmayanlara isə təmizlikçi işləri təklif olunur. Heç kim küçə süpürməyə məcbur edilmir. Müqavilələrdə təklif olunan işlər, məvacib və iş saatları göstərilib. Vətəndaşlar özləri müqavilələrlə razılaşıb imza atıblar, müqavilələrin surəti onlara təqdim olunacaq”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/3jkzbf

Самое читаемое