Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı var

''Bugünə qədər mərkəzdə 55 xəstə üzərində sümük iliyinin transplantasiyası əməliyyatı keçirilib''

" Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı var. Daşıyıcılar xəstə deyil, onların sağlam insanlardan elə də fərqi yoxdur. Hazırda ölkədə 3000-dən çox irsi qan xəstəsi, o cümlədən talassemiya xəstələri qeydiyyatdadır”.

Bunu keçirdiyi mətbuat konfransında Respublika Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov deyib.

Onun sözlərinə görə, məhz daşıyıcıların ailə qurması ilə bağlı talassemiya xəstələrinin sayında son illərə qədər artım müşahidə olunub. Ancaq nikaha daxil olmaq istəyən şəxslərin müayinəsi nəticəsində daşıyıcı körpələrin doğulması halları azalıb.

“Hazırda respublikamızda 3614 nəfər irsi qan xəstəsi kimi qeydiyyatdadır. Onların 3105-i talassemiyalı xəstələrdir. 2015-ci ildən nikahdan öncə tibbi müayinənin aparılması nəticəsində 2017-ci ildə talassemiya daşıyıcısı olan xəstələrin doğulmasında önəmli dərəcədə azalma müşahidə olunur”.

V.Hüseynov qeyd edib ki, bu sahədə əldə olunan nailiyyətlər nəticəsində talassemiyalı xəstələrin ömrü uzanır: "Hazırda xəstələrin böyük əksəriyyəti 20 yaşdan yuxarı hesab olunur. Yeni doğulanlar da daxil olmaqla hazırda mərkəzdə 18 yaşa qədər qeydiyyatda olan təxminən 1000-ə yaxın xəstə var".

Mərkəzin direktoru əlavə edib ki, bu xəstəlik ölkənin bütün bölgələrində yayılıb:

"Daşıyıcıların respublika üzrə artdığını nəzərə alaraq, konkret olaraq hansısa bölgəmizin adını çəkmək düzgün olmazdı. Hər bölgədə və qohum olmayan cütlüklər ailə qururlar. Daşıyıcıların da xəstə körpələri doğula bilər".

V.Hüseynov deyib ki, 2013-cü ildən bugünə qədər mərkəzdə 55 xəstə üzərində sümük iliyinin transplantasiyası əməliyyatı keçirilib. Onların əksəriyyəti irsi qan və talassemiyalı xəstələr olub:

“Xəstələrin təxminən 43-45 nəfəri məhz talassemiya xəstələri idi. Bu ilin sonuna 10 talassemiya xəstəsinin əməliyyat olunması və onlara sümik iliyi köçürülməsi planlaşdırılır".

Direktorun sözlərinə görə, Respublika Talassemiya Mərkəzində 18 yaşa qədər qeydiyyatda olan talassemiyalı xəstələrin sayı 1000-ə yaxındır.
Dövlət başçısının fərmanı ilə Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Talassemiya Mərkəzinə publik hüquqi şəxs statusu verilib.
Direktor deyir ki, burada əsas məqsəd mərkəzin maddi-texniki bazasının möhkəmləndirilməsi, mərkəzdə müasir laborator hissə və digər hissələrin talassemiyalı xəstələrlə yanaşı, digər qan xəstələrinə xidmət göstərilməsini təmin etməkdir:

“Burada talassemiyalı xəstələrə pullu xidmətdən söhbət gedə bilməz. Hazırda əsas məqsədimiz talassemiya xəstələrinin müayinə üçün xarici ölkələrə getməsinin qarşısını almaqdır. Biz buna nail olmuşuq. Publik hüquqi şəxsə çevrilməklə vətəndaşlar mərkəzdəki digər xidmətlərdən - laborator müayinədən, müasir müayinələrdən istifadə edə biləcəklər”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/4jizoe

Самое читаемое