Xədicə İsmayılova

Источник: Foto: Meydan TV

Başlıq: Xədicə İsmayılova

Azərbaycan hökuməti Xədicə İsmayılovaya təzminat ödəyəcək

Статья обновлена:  27 Февраль 2020

Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş daha 2 şikayətlə bağlı qərar verdi

Fevralın 27-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM)Azərbaycandan göndərilmiş daha 2 şikayət üzrə qərarlarını açıqlayıb.

Bu barədə məlumat AİHM-in saytında yer alıb.

Məhkəmə şikayətlər üzrə 5, 6, 8 və 18-ci maddələrin pozuntusunu tanıyıb. Hökumətin üzərinə 26 min avrodan çox təzminat ödəmək vəzifəsi qoyub.

Şikayətlərdən biri araşdırmacı jurnalist Xədicə İsmayılovaya aiddir. O, AİHM-ə həbs edilməsi, ardınca vergidən yayınma, vəzifə səlahiyyətlərindən susi-istifadədə ittiham olunması və buna görə 7.5 il azadlıqdan məhrum edilməsi ilə bağlı şikayət etmişdi.

Məhkəmə hesab edib ki, bu işdə dövlət Xədicə İsmayılovanın 5-ci, 6-cı, 10-cu və 18-ci (5-ci maddə ilə birgə götürülməklə) maddə ilə təminat altına alınan hüquqlarına müdaxilə edib. Jurnalistə bu pozuntulara görə ümumilikdə 25 min avro təzminat ödənilməlidir.

Bu, AİHM-in Xədicə İsmayılova barəsində elan etdiyi 2-ci qərardır. Jurnalist məhkəməyə 5 il əvvəl, 2015-ci ildə şikayət etmişdi.

Xədicə İsmayılın vəkilləri AİHM qarşısında iddia edirdilər ki, o, əsaslı şübhə olmadan həbsdə tutulub. Bundan əlavə, həbsdə tutulmasının qanuniliyinə etiraz etmək üçün gərəkli zaman, imkanlara sahib olmayıb. Eyni zamanda, məhkəmələr qərəzli və tərəfli davranıb. Xədicə İsmayılovanın təqsirsizlik prezumpsiyası hüququ pozulub.

Avropa İnsan Haqları Məhkməsindən Xədicə İsmayılovanın azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı (eləcə də, 5-ci maddə ilə birgə götürülməklə 18-ci maddənin pozuntusu) hüquqlarının pozuntusunun tanınması istənilmişdi.

Hüquqşünas Xalid Ağəliyev deyir ki, indiyə qədər Azərbaycandan AİHM-ə göndərilən şikayətlərdən 12 ərizəçiyə münasibətdə cəmi 8 qərarda 18-ci maddənin pozuntusu tanınıb. Bunlar “İlqar Məmmədov Azərbaycana qarşı”, “Rəsul Cəfərov Azərbaycana qarşı”, “Anar Məmmədli Azərbaycana qarşı”, “Zaur Qurbanlı, Rəşad Həsənov, Üzeyir Məmmədli və Rəşadət Axundov Azərbaycana qarşı”, “Natiq Cəfərli Azərbaycana qarşı”, “İbrahimli və Məmmədov Azərbaycana qarşı”, “İntiqam Əliyev Azərbaycana qarşı”, “Xədicə İsmayılova Azərbaycana qarşı” adlı işlərdir.

Xalid Ağaliyev

Xalid Ağaliyev

Источник: Meydan TV

Hüquqşünas əlavə edir ki, 18-ci maddə epizodu üzrə masştabca ən iri pozuntu isə İntiqam Əliyevin işində tanınıb:

“Orada 18-ci maddənin pozuntusu həm 5, həm də 8-ci maddə ilə birlikdə götürülməklə tanınıb. Digər işlərin hamısında 5-ci maddə ilə birgə götürülüb”.

Azərbaycandan göndərilən və qərarı elan edilən digər iş boşanma ilə bağlıdır.

“Rasim Abuşov Azərbaycana qarşı” işdə AİHM hökuməti 1722 avro cərimələyib. Məhkəmə bu işdə şəxsi həyatın toxunulmazlığı hüququnun pozuntusunu tanıyıb.

Avropa Məhkəməsi

Avropa Məhkəməsi

Источник: Foto: Meydan TV

Bu işdə ərizəçi Rasim Abuşov həyat yoldaşından boşanıb. Onun azyaşlı uşaqları anaya verilib. Ata və qohumlarının uşaqlarla görüşməsinə şərait yaradılması üçün məhkəməyə müraciət edib. Ancaq ərizəçi yerli məhkəmələrin qərarlarından narazı qalıb.

Rasim Abuşov AİHM qarşısında iddia edirdi ki, şikayətlərinə baxılarkən onun ədalətli məhkəmə araşdırması və şəxsi həyatın toxunulmazlığı hüquqları pozulub.

AİHM fevralın 13-də qəbul etdiyi qərarla isə “heykəl məhbusları”na görə Azərbaycanı 72 min avro cərimələmişdi.

Məhkəmə hesab edib ki, gənclərin 3-cü, 5-ci, 8-ci, 10-cu və 18-ci (5-lə birgə) maddələrlə təminat altına alınan hüquqları pozulub.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  27 Февраль 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/qynjls

Самое читаемое