Источник: Meydan.TV

AZAL prezidentinin xanımının məhkəmədə cavab verməsi tələb olunur

Vəkillərin vəsatəti təmin olunmayıb

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, hazırda həbsdə olan iş adamı İlqar İsmayılovun vəkilləri təkid edir ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva məhkəmədə dindirilsin. Onun vəkilləri İlhamə Həsənova, Rəşad Əliyev və Gülnar Quluzadə sentyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə vəsatət qaldırıblar.

2011-ci ildə “İdeal Company”nin 50 faizini İlqar İsmayılovdan alan Zərifə Həmzəyeva 2017-ci ildə şirkətə tam sahiblənib. İş adamı iddia edir ki, 2017-ci ildə onu saxta ittihamla həbs edib, təzyiq yoluyla şirkətini tam şəkildə əlindən alıblar. Bu barədə sənədlərə imza atandan sonra onu həbsdən azad edib, haqqındakı cinayət işinə də xitam veriblər. Başına gələnlər haqda bir müddət sussa da, 2019-cu ildən haqqını tələb etməyə, dövlət orqanlarına şikayətlər yazmağa başlayıb. Onun sözlərinə görə, bu üzdən ikinci dəfə həbs olunub. İlqar İsmayılov hazırda Zərifə Həmzəyeva ilə şərik olduqları 2011-2017-ci illərdə şirkətin kassasından 680 min manata yaxın vəsaiti götürüb, şəxsi xərclərinə sərf etməklə mənimsəməkdə ittiham olunur.

Sentyabrın 20-də hakim Əli Məmmədovun sədrliyilə keçirilən məhkəmə prosesində 2006-2017-ci illərdə “İdeal Company”də işləmiş Həbib Qarayev dindirilib. O bildirib ki, “İdeal” mağazalarından birində əvvəl inzibatçı işləyib, daha sonra mağazalardan pulları toplayıb, baş ofisdə mühasibatlığa çatdırmaqla, inkassator funksiyasını yerinə yetirib.

Həbib Qarayev bildirib ki, bəzən də əksinə, kredit və digər məsələlərlə əlaqədar ödənişlər üçün şirkətin kassasından ona pul verilirdi. O da tapşırığa uyğun olaraq, aparıb ödənişləri yerinə yetirirdi: “Şirkəti inkişaf etdirmək, yeni mağazalar açmaq, ya da mağazanı təmir etdirmək üçün İlqar İsmayılovun adına kreditlər götürülürdü. Lakin həmin kreditlər şirkətə sərf olunurdu. Həmin kreditlərin ödənilməsi üçün mənə kassadan pul verilirdi, aparıb ödəyirdim, qəbzi gətirb verirdim”.

“Yapı Kredi Bank”dan götürülmüş 939 min dollarlıq kredit barədə sualı cavablandıran şahid bildirib ki, həmin vəsaitin şirkətin kassasına mədaxil olunması barədə qəbzdəki imza onundur: “Mənim imzamdır. Yadımda deyil, amma imza mənimdirsə, deməli, mən o işi görmüşəm – bankdan götürüb, gətirib şirkətə mədaxil etmişəm”.

Zərifə Həmzəyeva həm də kosmetik məhsulların istehsalıyla məşğul olan “Gazelli Group”un prezidentidir. İlqar İsmayılov məhkəmədə bildirib ki, vaxtaşırı Zərifə Həmzəyeva ilə görüşürdülər, elektron poçt vasitəsilə yazışırdılar və “İdeal”la bağlı məsələləri müzakirə edirdilər. Amma Həmzəyevanı şirkətdə Fuad Əliyev təmsil edirdi. Gəlirlər də onun vasitəsilə çatdırılırdı.

Həbib Qarayevin dindirilməsilə ittiham tərəfin şahidlərinin dindirilməsi yekunlaşıb. Vəkillər məhkəmədə dindirilməsini istədikləri əlavə şahidlərlə bağlı vəsatətlər qaldırıblar. Onlar Zərifə Həmzəyeva və Fuad Əliyevin məhkəmədə dindirilməsinin vacib olduğunu bildiriblər.

“Məhkəməyə təqdim olunan yazışmalardan da görünür ki, faktiki rəhbərlik Zərifə Həmzəyevaya məxsus olub. Ən xırda məsələlərdən də onun xəbəri olub.

Fuad Əliyevə gəlincə, şirkətin gəlirlərinin bölünməsində o da iştirak edib. Bundan əvvəlki şahid də dedi ki, digər təsisçiyə çatası məbləği aparıb Fuad Əliyevə verirdi. Əvvəlki məhkəmə iclasında mühasib Samirə Quliyeva da bunu təsdiqləmişdi”, - vəkil İlhamə Həsənova bildirib.

Məhkəmə bu vəsatətlərin heç birini təmin etməyib.

Vəkillər 2017-ci ildə İlqar İsmayılov haqqında başlanmış, sonradan xitam verilmiş cinayət işinin materiallarının prokurorluqdan alınması barədə də vəsatət qaldırıb. Müdafiəçi bildirib ki, həmin vaxt da iş adamı eyni ittihamla həbs olunmuşdu: “Cinayət işinin materiallarında olan mütəxəssis aktından görünür ki, İlqar İsmayılovun adından şirkətin kassasına köçürülmüş və çıxarılmış məbləğlərin fərqi İsmayılovun xeyrinə olub”.

Hakimlər bu vəsatətə də “yox” deyib.

İş adamının məhkəməsi oktyabrın 4-də davam edəcək.

İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərov və xanımını ittiham edir.

Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, Nəsimi Rayon Məhkəməsi iş adamının təqsirsiz olduğu qənaətinə gəlib.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib.

AZAL prezidentinin xanımı həm də “Premium Bank”ın da əsas səhmdarıdır.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/l2h14a

Самое читаемое