SMDT

Source: Foto: sosial şəbəkə

Caption: SMDT

SMDT: Bu prosesdə iştirak edən vəzifəli şəxslər məsuliyyətə cəlb olunmalıdırlar

Article was updated on :  10 February 2020

Təşkilat parlament seçkiləri ilə bağlı hesabat yaydı

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 9 fevral növbədənkənar parlament seçkiləri ilə bağlı hesabat yayıb.

SMDT hesab edir ki, seçkilər ərəfəsində siyasi azadlıqlar, xüsusilə sərbəst toplaşmaq, birləşmək və ifadə azadlıqlarından istifadə üçün məhdudiyyətlər aradan qalxmayıb. Yerli hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi 100-dən artıq şəxsin azadlığa çıxması ilə bağlı siyasi iradə çatışmayıb.

Hesabatda qeyd olunub ki, 2003-cü ildən etibarən Seçki Məcəlləsinin təkmilləşməsi, xüsusən də seçki komissiyalarının ölkədəki nüfuzlu siyasi qüvvələrin bərabər təmsilçiliyi əsasında formalaşması barədə yerli ictimai-siyasi institutların, habelə Avropa Şurası Parlament Assambleyası, Nazirlər Komitəsi və Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmayıb.

SMDT 9 fevral 2020-ci il parlament seçkilərinin ilkin mərhələsi – namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesində kütləvi pozuntular qeydə almasa da, bu prosesə yerli icra hakimiyyəti təmsilçilərinin müdaxilə hallarını, bəzi hallarda namizəd olmaq istəyən şəxslərə siyasi təzyiqləri qeydə alıb.

“Növbədənkənar parlament seçkiləri üzrə seçkiqabağı təşviqat dövründə siyasi muzakirələr və seçkilərə ictimai maraq əvvəlki parlament seçkiləri ilə müqayisədə xeyli aşağı olub. Təşviqat dövründə dövlət televiziyalarında müxalif siyasi baxışlı şəxslərin iştirakı ilə hər hansı ictimai müzakirə və ya seçkinin gedişilə bağlı siyasi debatlar yayımlanmayıb, namizədlər arasında yerli və milli səviyyəli problemlərin müzakirəsi baş verməyib:

“Seçki günü namizədləri təmsil edən şəxslərlə yanaşı müşahidəçilərə qarşı fiziki zorakılıq və siyasi təzyiqlər qeydə alınıb. Bu cür hallar seçki komissiyası üzvləri, yerli icra strukturları təmsilçiləri və polisin iştirakı ilə qanun pozuntularına irad bildirən müşahidəçilərə qarşı baş verib”.

SMDT bəzi bölgələrdə müxalif və müstəqil namizədlərə, yaxınları və qohumlarına yerli icra qurumları, işlədikləri müəssisələrin rəhbərliyinin təzyiqlər göstərdiyini müəyyən edib. Bəzi hallarda seçicilər namizədlərə verdikləri imzalardan imtinaya məcbur ediliblər. Məsələn, 91 saylı Ucar seçki dairəsi üzrə Müsavat Partiyasının irəli sürdüyü namizəd Teymur Məmmədov ona imza verən seçicilərə təzyiq edildiyini, bəzi şəxslərin imtina ərizəsi yazmağa məcbur qaldığını bildirib. DSK sədri Abdulrəzaq Abbasov namizədə bildirib ki, imzaları təqdim etdikdən sonra 15 nəfər ərizə ilə müraciət edərək, ona verdikləri imzalarını geri götürüblər.

SMDT bəzi namizədlərin yerli icra strukturları vasitəsilə öz namizədliklərini geri çəkdiyini qeydə alıb. Məsələn, 57 saylı Kürdəmir seçki dairəsində müstəqil namizəd Ruhiyyə Yaqubova DSK sədri Əbülfət Mikayılov və Kürdəmir Rayon İcra Hakimiyyətinin təzyiqi nəticəsində öz namizədliyini geri götürməyə məcbur edilib. Ağsu Rayon İcra Hakimiyyətinin nümayəndələri 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən qeydə alınmış müstəqil namizədlər Kamil Həmidov, Ayaz Qocamanov və Aytən Piriyevaya təzyiq edərək, öz namizədliklərini geri götürmələrini tələb ediblər. Eyni cür halla 88 saylı Göyçay seçki dairəsində Milli İstiqlal Partiyasının namizədi Teyyub Hüseynli də üzləşib. O, namizədliyini geri götürməsi üçün qohumlarına təzyiqlər edildiyini bildirib. Müşahidəçilər namizədliyin geri götürülməsi ilə bağlı təzyiq hallarını 21 seçki dairəsində qeydə alıblar. Bu dairələrdə 44 nəfər yerli icra hakimiyyəti strukturlarının təzyiqləri nəticəsində namizədliyini geri götürdüyünü bildirib.

SMDT seçki komissiyalarını qanun pozuntuları ilə bağlı bütün müraciət və şikayətləri dərhal araşdırmağa, bu prosesdə iştirak edən vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması yönündə müfaviq tədbirlər görməyə çağırır.

SMDT hesab edir ki, ölkədə siyasi azadlıqlarla bağlı müşahidə olunan böhranın aradan qalxması üçün hakimiyyət dövlətlə vətəndaşlar arasında siyasi inam yaratmağa cəhd göstərməli, siyasi məhbuslar tezliklə azad edilməli, Seçki Məcəlləsinin yerli ictimai-siyasi təşkilatlar, ATƏT-in Demokratik Təsistalar və İnsan Hüquqları Bürosu və Avropa Şurasının Venesiya Komissiyasının tövsiyələri əsasında təkmilləşməsi təmin edilməlidir.

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. Milli Şura və KXCP seçkiləri boykot etsə də, AMİP, ADP, BAXCP, BQP, VHP, YAP, Müsavat, Ümid, ReAL seçkilərə qatılıblar.

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası fevralın 10-da seçkilərin nəticələri haqda ilkin hesabatlarını yayıb.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  10 February 2020
Featured in:  
Shortlink:   http://mtv.re/8evzop

Most Viewed