Source: google

Qırğızıstan prezidenti parlamentdən yenidən səs verməyə getməsini xahiş edəcək

Article was updated on :  13 October 2020

Kozak bazar ertəsi günü Qırğızıstanda səfərdə olub

Oktyabrın 13-də Qırğızıstan prezidenti ölkədəki iğtişaşlardan sonra parlamentdən Baş nazir olaraq irəli sürdüyü şəxsə yenidən səs verməsini xahiş edəcəyini deyib, - “Reuters” xəbər verir.

Atılan addım rəsmi xarakter daşısa da, səsvermə uğursuz nəticələnərsə, ölkədə siyasi böhran daha da dərinləşə bilər, - “Reuters” əlavə edib.

Qırğızıstan Çinlə sıx əlaqələr saxlayır və eyni zamanda Kanadaya məxsus qızıl mədən əməliyyatına ev sahibliyi edir.

Prezident Sooronbai Jeenbekov bəyanatından öncə Rusiya Prezidenti Vladimir Putinin administrasiya rəhbərinin müavini Dmitri Kozakla görüşüb. Lakin prezidentin ofisi görüşün təfərrüatlarını açıqlamaqdan imtina edib.

Kozak bazar ertəsi günü Qırğızıstanda səfərdə olub.

Parlament tərəfindən Baş nazir olaraq təyin edilən, amma Jeenbekov tərəfindən hələ təsdiqlənməyən milliyyətçi Sadir Japarovun da görüşdə iştirak etdiyi bildirilir.

Keçən həftə Qırğızıstan parlamenti iğtişaşlar əsnasında tərəfdarları tərəfindən həbsdən azad edilmiş Japarovun Baş nazir olaraq təyin edilməsinə səs verib. Lakin Japarov Jeenbekov onun təyinatını təsdiqləməzsə, vəzifəsinə başlaya bilməz.

Başqa bir açıqlamada Jeenbekov administrasiyası Japarovla təkbətək görüş keçirdiyini və ona bəzi parlament deputatlarının və fəalların şənbə günü alınmış qərarı qanunsuz hesab etdikləri üçün parlamentdən yenidən səsvermə keçirmələrini istədiyini deyib.

Qırğızıstanda Rusiya hərbi hava bazası mövcuddur və Moskva ilə sıx iqtisadi əlaqələrə sahibdir. Rəsmi Moskva 4 oktyabr parlament seçkilərindən sonra ölkədə baş vermiş küçə nümayişləri zamanı Qırğızıstanın vəzyyətindən narahatlığını ifadə etmişdi. Jeenbekov ölkədə fövqəladə vəziyyət elan etmək və paytaxt Bişkekə ordu yeritməklə nümayişlərin qarşısını ala bilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  13 October 2020
Featured in:  
Shortlink:   http://mtv.re/0x7586

Most Viewed