Aleksander Lukaşenko

Source: arxiv

Caption: Aleksander Lukaşenko

Lukaşenkoya etiraz: 80 faiz çoxluq əldə etmisənsə, niyə bizdən qorxursan?

Article was updated on :  24 September 2020

Belaruslar inaqurasiyaya etiraz edir

Belarus təhlükəsizlik qüvvələri çərşənbə günü veteran Prezident Aleksander Lukaşenkonun andiçmə mərasiminə etiraz olaraq küçələrə çıxan minlərlə nümayişçini dağıtmaq üçün su şırnaqlarından istifadə edib,

“Reuters” xəbər verir ki, həbs edilənlər var.

26 illik hakimiyyəti yenidən ələ keçirməsinə son qoyma çağırışlarına məhəl qoymayan Lukaşenko seçkilərdən sonra altıncı dəfə and içib.

Mərasim xalqa xəbər edilmədən keçirilib.

Altı həftə davam edən etirazlarla Lukaşenkonun istefasını tələb edən müxalifət andiçmə mərasimini qanunsuz adlandırıb və qınayıb.

“Onun gizli inauqurasiyası hakimiyyəti ələ keçirmək cəhdidir”,- seçkilərdən sonra sürgünə qaçan Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya deyib.

ABŞ və Avropa Birliyi seçkilərdə və etirazçılara edilmiş təzyiqlərdə rolu olan məmurlara qarşı sanksiyalar hazırlayır.

“Lukaşenko sağ əlini konstitusiyanın bir nüsxəsinə qoyaraq bir neçə yüz nəfərin qatıldığı mərasimdə and içib”, - “Reuters” bildirib.

66 yaşlı siyasətçi COVID-19 pandemiyasına açıq istinad edərək deyib ki, ölkənin “qlobal böhran astanasında” təhlükəsizlik və konsensusa ehtiyacı var.

“Mən edə bilmərəm, mənim belarusları tərk etmək hüququm yoxdur”,- o deyib.

Minlərlə etirazçı qırmızı-ağ müxalifət bayraqları və plakatlar ilə küçələrdəykən maşınlar həmrəylik əlaməti olaraq siqnallarla onlara qoşulublar.

Bir plakatda “80 faiz çoxluq əldə etmisənsə, niyə bizdən qorxursan?” yazıldığı qeyd edilir. Lukaşenko son seçkilərini 80 faiz səsçoxluğu ilə qazanıb, - ölkənin Mərkəzi Seçki komissiyası bəyan edib.

Etirazlar zamanı bəzi küçələrə giriş bağlanıb. Təhlükəsizlik qüvvələri ilə qarşıdurma baş verib.

Yerli media görüntülərində dəbilqəli çevik polislərin etirazçıları yerə yıxdıqları və həbs etdikləri görünür.

Bəzi etirazçıların “Saşa, çölə çıx, səni təbrik edəcəyik!” şüarları səsləndirdiyi qeyd edilir.

Rusiyanın “İnterfaks” xəbər agentliyi etirazlarda yaralananların olduğunu bildirib.

“Ona yaxın şəxs nəzarətə alınıb”, - “Belta” xəbər agentliyi xəbər verib. İnsan haqları qrupu “Spring 96” isə nəzarətə alınanların sayının 116 olduğunu bəyan edib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  24 September 2020
Featured in:  
Shortlink:   http://mtv.re/tsvk1r

Most Viewed