Prezident Barham Salih

Source: Foto: google.az

Caption: Prezident Barham Salih

İraq ABŞ-ın hərbi hava hücumlarını qınayıb

“Bu hücumun Taji bazasını hədəf alan təcavüzə cavab olaraq baş verməsi bir bəhanədir”

İraq cümə günü ABŞ hərbi hava hücumlarını qınayıb. Altı nəfərin öldürüldüyü hücumu Bağdad tərəfindən suverenliyin pozulması və xalqa qarşı yönəlmiş təcavüz kimi xarakterizə edib, - “Reuters” xəbər verir.

Prezident Barham Salih deyib ki, təkrarlanan bu cür hücumlar İraqı uğursuz dövlətə çevirməklə yanaşı İslam Dövləti silahlılarını yenidən canlandıra bilər.

Xarici İşlər Nazirliyi ABŞ və İngiltərə səfirlərini çağırıb və qeyd edib ki, hava hücumlarının nəticələri olacaq.

Birləşmiş Ştatlar deyib ki, hava hücumu İraqda İranın dəstəklədiyi qruplaşmaya qarşı olub və səbəb bu qruplaşma tərəfindən həyata keçirilmiş hücum olub. Bir neçə gün əvvəl həyata keçirilmiş hücum nəticəsində iki Amerika əsgəri və bir ingilis əsgəri öldürülüb.

ABŞ və İran arasındakı uzun müddət davam edən düşmənçilik son aylarda əsasən İraq torpaqlarında daha da canlanıb.

“Bu hücumun Taji bazasını hədəf alan təcavüzə cavab olaraq baş verməsi bir bəhanədir; bu bəhanə eskalasiyaya səbəb olur və həll yolu təklif etmir”, - İraq komandiri deyib.

ABŞ hava hücumlarında öldürülən 6 nəfərlə yanaşı, 12 nəfər də yaralanıb. İnfrastruktur, silah və hərbi texnika məhv edilib.

Pentaqon bildirib ki, hücum Kataib Hizbullah tərəfindən istifadə edilən beş silah anbarını hədəf alıb. Həmçinin bildirilib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə edilən hücumlarda istifadə olunan silahların məhv edilməsi əsas hədəf olub.

İraqa aid rəsmi rəqəmlərdə heç bir hərbçinin öldürülmədiyi göstərilir. Hərbçilər ilkin məlumata görə, üç əsgər, iki polis və bir mülki şəxsin öldüyünü, dörd əsgərin, iki polisin, bir mülki şəxsin və beş silahlının yaralandığını deyib.

İraqın dini idarələri bildirib ki, şiə müsəlmanların müqəddəs şəhəri Kərbalanın hava limanının inşasında iştirak edən işçilər hücum zamanı öldürülüb. Onlar arasında yaralanan da var.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/w9tbw6

Most Viewed