Source: https://news.day.az/

İqtisadçı Baş nazirin qərarını şərh etdi: Unu ələnib, xəlbiri göydə oynayır

Vüqar Bayramov: "Bu qərar unun maya dəyərinin aşağı düşməsinə səbəb olacaq”

Baş nazir Əli Əsədov ərzaq buğdasının qiymətinin artmasının un məhsullarına mənfi təsirləri ilə bağlı qərara dəyişiklik edib.

Həmin sənəddən belə anlaşılır ki, hökumət un istehsalçılarının xərclərini azaltmaq üçün onlara subsidiyalar verəcək. Ancaq həmin subsidiyalar limitli olacaq. Satdığı unun qiyməti 520 manatı keçən istehsalçıya subsidiya verilməyəcək.

Eyni zamanda, sənəddə bildirilir ki, un istehsalçısının ölkədaxili xərcləri daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində, yəni 130 manat müəyyən ediləcək.

İqtisadçı Natiq Cəfərli deyir ki, bu qərarın çörək qiymətlərinə heç bir təsiri olmayacaq, çünki subsidiyalar artıq keçmiş aylara verilir: “O ayların unu ələnib, xəlbiri göydə oynayır. Çünki un istehsalçılarına hər tonuna 35 manat olan subsidiyaları fevral-may ayları üçün verilib. İndi bu, sentyabra qədər uzadılıb”.

İqtisadçı bildirir ki, ölkə özünü buğda ilə təmin edə bilmir, xaricdən, əsasən, Rusiyadan idxal edir.

Natiq Cəfərli

Natiq Cəfərli

Source: Meydan.TV

Rusiya isə hər ton üçün qiymətdən əlavə 50 avro da ixrac rüsumu tələb edir: “Yəni qiymət 100 avrodursa, 50 avro rüsum, üstəlik, yol xərcini ödəyib taxıl almalıdır. Bu da təbii ki, qiymətlərin artmasına səbəb olur”.

Deputat Vüqar Bayramov isə deyir ki, bu qərara əsasən subsiyadaların hesablanması üçün orta aylıq idxal dəyəri hesablanacaq:

"Bu dəyərə istehsalçının marjası, yəni 130 manat əlavə olunacaq və alınan rəqəm 520 manatdan çıxılacaq. Alınan fərq subsidiya formasında un istehsalçısına ödənəcək. Məsələn, istehsalçının orta aylıq idxal dəyəri 280 manatdırsa, o zaman onun üzərinə 130 manat gəlinəcək və 520 manatdan alınan məbləğ (410 manat) çıxılacaq və un istehsalçısına 110 manat subsidiya ödəniləcək. Təbii ki, orta aylıq idxal dəyərindən asılı olaraq subsidiya məbləği müəyyənləşəcək”.

Vüqar Bayramov

Vüqar Bayramov

Source: Meydan.TV

Vüqar Bayramov bildirir ki, bu qərarda məqsəd un istehsalaçılarına subsidiya verməklə çörəyin qiymətindəki artımların qarşısını almaqdır: “Belə ki, subsidiya un istehsal xərclərinin bir hissəsinin dövlət mənbələri hesabına kompensasiya edilməsinə imkan verəcək və bu da unun maya dəyərinin aşağı düşməsinə səbəb olacaq”.

Son günlər sosial şəbəkələrdə çörəyin qiymətinin qalxması ilə bağlı müzakirələr gedir.

Bir neçə çörək şirkətinin qiyməti 5-10 qəpik aralığında artırdığını söyləyirlər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/pwxn4u

Most Viewed