Source: Specify Source

Əlilliyin hansı hallarda müddətsiz təyin ediləcəyi açıqlanıb

Article was updated on :  18 June 2021

Meyarlar insan orqanizminin funksiyalarının itirilmə faizləri ilə təyin edilir

Əlilliyin qiymətləndirilməsinin yeni meyarları məlum olub.

“Əlilliyin müəyyən olunması Meyarları”nda müddət müəyyənləşdirilməklə təyin olunmuş insan orqanizminin funksiyalarının itirilməsi 31-60% aralığında ardıcıl olaraq 15 il, 61-80% aralığında ardıcıl olaraq 10 il və 81-100% aralığında ardıcıl olaraq 4 il müddətindən sonra müddətsiz təyin ediləcəyi əks edilib.

Xəstəlik, zədə və çatışmazlıqlar səbəbi ilə yaranan və bu Meyarların əlavəsinə uyğun olaraq insan orqanizminin funksiyalarının aşağıdakı itirilmə faizləri təyin edilir:

- İnsan orqanizminin funksiyalarının 81-100% itirilməsi ilə əlaqədar əlillik - xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında təyin edilir;

- İnsan orqanizminin funksiyalarının 61-80% itirilməsi ilə əlaqədar əlillik - xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında təyin edilir;

- İnsan orqanizminin funksiyalarının 31-60% itirilməsi ilə əlaqədar əlillik - xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin I dərəcə məhdudlaşması halında təyin edilir;

- İnsan orqanizminin xəstəlik, zədə və çatışmazlıqlar səbəbi ilə yaranan bir neçə sabit pozuntusu olduğu halda, hər bir pozuntu ayrı-ayrılıqda kəmiyyət qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilir və təzahür dərəcəsi müəyyənləşdirilir;

- İlk növbədə, faiz ifadəsi ilə orqanizmin bu və ya digər funksiya pozuntusunun ən yüksək olanı, sonra isə mövcud digər bütün funksiya pozuntularının qeyd edilmiş pozuntuya təsiri müəyyənləşdirilir;

- Peşə xəstəliyi və istehsalat zədəsi təsirin olduğu təqdirdə, insan orqanizminin funksiyalarının itirilməsinin yekun göstəricisi, ən yüksək pozuntunun göstəricisindən 10%-dən artıq olmamaqla təyin edilir;

- 18 yaşınadək uşaqlara insanın həyat fəaliyyətinin istənilən kateqoriyasının və istənilən məhdudlaşmasının (əmək fəaliyyəti ilə məşğul olmaq bacarığı istisna olmaqla) istənilən üç məhdudlaşma dərəcəsindən birinin mövcud olduğu və uşağın sosial müdafiəsi zərurətindən irəli gələn halda müəyyən edilir;

- İnsan orqanizminin funksiyalarının 10-30% itirilməsi hallarında əlillik təyinatı aparılmır. Yalnız, əlillik səbəbi peşə xəstəliyi və istehsalat zədəsi olduğu hallarda peşə əmək qabiliyyətinin itirilməsi faizi qiymətləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Əlilliyin müəyyən olunması meyarları” ilə əlaqədar hazırlanmış qanunvericilik layihələrinin paketi artıq Milli Məclisə təqdim edilib.

Gələn ildən tətbiqi nəzərdə tutulan yeni meyarlarla əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq.

2015-ci ildə qəbul olunan “Əlilliyin qiymətləndirilməsi qaydası” yalnız I, II və III qrupu əhatə edirdi.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  18 June 2021
Featured in:  
Shortlink:   http://mtv.re/cl6t9e

Most Viewed