Paşa Umudov

Source: Meydan TV

Caption: Paşa Umudov

Əli Kərimlinin sürücüsünə hökm oxundu: 4 il 6 ay həbs

“Hər an gözləyirdim ki, indi polislər gəlib aparacaq”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin sürücüsü Paşa Umudova hökm oxunub. Avqustun 7-də Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun çıxardığı hökmə əsasən, P.Umudov narkotik ittihamıyla 4 il 6 ay azadlıqdan məhrum edilib.

P.Umudov özünü təqsirli bilməyib, ittihamın saxta olduğunu bildirib. O vurğulayıb ki, həbsinin əsl səbəbi AXCP üzvü və partiya sədrinin sürücüsü olmasıdır.

P.Umudovun sözlərinə görə, Milli Şuranın 19 oktyabr mitinqi öncəsi AXCP-nin bir çox fəalları həbs edilirdi. Həmin ərəfədə onun özünə də xəbərdarlıq edilmişdi ki, uzunmüddətli həbsə göndəriləcək:

“Hər an gözləyirdim ki, indi polislər gəlib aparacaq. Belə bir vəziyyətdə mənim üstümdə narkotik gəzdirdiyimi yazmaq absurddur”.

Prokuror iddia edib ki, narkotik ittihamı təsdiqini tapıb. O, P.Umudova 5 il həbs cəzası verilməsini istəyib.

P.Umudovun vəkili Zibeydə Sadıqova isə əksinə, çıxışında əksinə, ittihamın sübuta yetirilmədiyini deyib. Vəkil bildirib ki, istintaq qərəzli aparılıb, P.Umudovun bir sıra hüquqları pozulub: “İş materiallarından belə məlum olur ki, 7 saatın içində 20-dən çox istintaq hərəkəti aparılıb. Bu prosesdə onun müdafiə hüququ pozulub”.

Z.Sadıqova P.Umudovun ailə vəziyyətinin ağır olmasından da danışıb. Bildirib ki, onun himayəsində xəstə həyat yoldaşı var, təcili əməliyyat olunmalıdır.

Vəkil P.Umudov haqqında bəraət hökmü çıxarılmasını, ona münasibətdə Avropa Konvensiyasının 3 (işgəncəyə, pis rəftara məruz qalmamaq), 5 (azadlıq və toxunulmazlıq) və digər maddələrilə təminat verilən hüquq və azadlıqlarının pozuntusunun tanınmasını istəyib. Müdafiəçinin daha bir istəyi isə heç bir günahı olmadığı halda, P.Umudovun həbsdə saxlanmasında rolu olan şəxslərin cəzalandırılması üçün xüsusi qərar çıxarılması olub.

Lakin məhkəmə 60 yaşlı P.Umudov haqqında ittiham hökmü çıxarıb.

Hökmdən apelyasiya şikayəti veriləcək.

P.Umudov 2019-cu il oktyabrın 16-dan həbsdədir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/5nbj2h

Most Viewed