Ehsan Zahidov

Source: Foto: arxiv

Caption: Ehsan Zahidov

Ehsan Zahidov: Tofiq Yaqublu ər-arvadı vintaçanla vurub

Article was updated on :  23 March 2020

DİN rəsmisi siyasi fəala qarşı cinayət işi açıldığını təsdiqlədi

Daxili İşlər Nazirliyi Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya qarşı cinayət işi başlanıldığı faktını təsdiqləyib.

Qurumun Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Report”a bildirib ki, martın 22-də günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub: ““Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər”.

E.Zahidov qeyd edib ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb, T.Yaqublu şübhəli şəxs qismində saxlanılıb.

“VAZ-2107” markalı avtomobilin sürücüsü E.Cəbrayılov və onun həyat yoldaşı C.Cəbrayılova isə iş üzrə zərərçəkmiş qismində tanınaraq dindiriliblər.

Hazırda cinayət işinin istintaqı davam etdirilir.

Tofiq Yaqublu hadisə baş verən zaman öz “Facebook” hesabında ona qarşı təxribat hazırlandığını yaymışdı. Onun qızı Nigar Həzi isə deyir ki, əvvəlcə Tofiq Yaqublunun park halında dayanmış maşını ilə başqa bir avtomobil arasında qəza baş verib. Sürücülər arasında çıxan mübahisədən sonra Tofiq Yaqublu "102" polis qaynar xəttinə zəng edib və daha sonra şəxslər Nizami Rayon Polis İdarəsinə aparılıb.

Nigar Həzi Tofiq Yaqublunun şikayətçi qismində polis idarəsinə getdiyini, lakin idarədə ona qarşı ittiham irəli sürüldüyünü deyib.

Həmçinin T.Yaqublunun vəkil Elçin Sadıqovla görüşünə icazə verilməyib.

Hazırda istintaqa müstəntiq Ramil Əliyev rəhbərlik edir. Polisdən Nigar Həziyə verilən məlumata görə, qəza törədən ər və arvad Tofiq Yaqubludan şikayətçi olublar. Nigar Həzi həmin adamları təxribatçı adlandırıb və göstəriş əsasında qəza törətdiklərini deyib:

"Atam guya maşından düşüb ər-arvadla dalaşıb və onlara xəsarət yetirib. Hələ ki, araşdırma gedir".

Daha əvvəl 19 oktyabr 2019-cu ildə Milli Şura və AXCP-nin mitinqində saxlanılan Tofiq

Yaqubluya 30 sutka həbs cəzası verilmişdi. Həmin vaxt o, polis zorakılığına məruz qaldığını deyirdi. Nigar Həzi həmin həbsdən sonra atasının səhhətində ciddi problemlər yarandığını, bu üzdən narahat olduğunu bildirir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  23 March 2020
Featured in:  
Shortlink:   http://mtv.re/izj2sx

Most Viewed