BMT

Source: arxiv

Caption: BMT

BMT: Əsəd və Rusiya qüvvələrinin Suriyaya zərbələri cihadçılar qədər müharibə cinayətidir

“Əvvəllər Nusra Cəbhəsi olaraq bilinən HTS döyüşçüləri məhbuslara işgəncə verib, onları edam edib”

Suriya və Rusiya təyyarələri İdlib əyalətindəki məktəblərə, xəstəxanalara və bazarlara müharibə cinayətləri sayılacaq qədər ölümcül hava zərbələri endiriblər, - BMT araşdırmacıları bildiriblər.

“Reuters” xəbər verir ki, BMT araşdırmacıları çərşənbə axşamı açıqladıqları hesabatda cihadçıların hücumlarını da qınayıblar.

Hökumət qüvvələrinin Türkiyə ilə atəşkəsdən sonra yenidən başlatdığı hava zərbələri yüzlərlə insanın həyatına son qoyub və bir milyona yaxın mülki insan didərgin düşüb. Hesabatda baş verənlər insanlığa qarşı cinayət adlandırılıb.

BMT-nin Suriyaya dair İstintaq Komissiyası Suriyanın şimal-qərb hissəsini nəzarətdə saxlayan cihadçı qrup olan Hayat Tahrir al-Şamı (HTS) mülki ərazilərə atəşi açmaqda günahlandırıb. Qurum HTS-nin hücum zamanı “heç bir qanuni hərbi məqsədi olmadığını” bildirib.

“Əvvəllər Nusra Cəbhəsi olaraq bilinən HTS döyüşçüləri məhbuslara işgəncə verib, onları edam edib”, - hesabatda deyilir.

“Hərbi kampaniyadan aydın olan budur ki, hökumətyönlü qüvvələr və BMT-nin müəyyən etdiyi terrorçular müharibə qanunlarını və suriyalı mülki şəxslərin hüquqlarını kobud şəkildə pozublar”, - BMT panelinin sədri Paulo Pinheiro deyib.

2019 -cu ilin noyabrından 2020-ci ilin iyununa qədər olan dövrü əhatə edən hesabat məlumatlar və şahid ifadələrinə əsaslanıb.

Suriyanın şimal-qərbində baş tutmuş 47-si Rusiyanın dəstəklədiyi Suriya hökumətinə aid olan 52 hücumu əhatə edən araşdırmada qeyd edilib ki, Rusiyanın döyüş təyyarələri 5 mart tarixində qaçqınların məskunlaşdığı Marat Misrin yaxınlığındakı quşçuluq təsərrüfatına edilmiş hücumda və üsyançıların əlində olan Ariha şəhərində xəstəxananın yanında həyata keçirilmiş üç hücumda iştirak edib. Rusiya son hücumda iştirakı rədd edib.

Bölgə bir çox islamçı silahlı və müxalif qruplara ev sahibliyi edir.

“Komissiya hökumətyönlü qüvvələrin tibb işçilərinə və obyektlərinə qəsdən hücum etməklə müharibə cinayətləri törətdiklərinə inanmaq üçün kifayət qədər əsaslara sahibdir”, - hesabtda qeyd edilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/5gz8u4

Most Viewed