Source: Meydan.TV

Azərbaycanda taksi sürücülərindən də COVID-19 pasportu tələb olunacaq

Elşad Hacıyev: "Taksi sürücüləri sentyabrın 1-dən 1 doza, oktyabrın 1-dən 2-ci doza vaksinasiyadan keçməlidir"

"Oktyabrın 1-dən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunacaq".

Məlumatı Meydan.TV-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.

Prezidentin köməkçisi Şahmar Mövsümov iyulun 26-da keçirdiyi brifinqdə bu barədə açıqlama verib.

O bildirib ki, sürücülər immunitet sertifikatı alaraq sərnişindaşıma fəaliyyəti göstərə bilərlər.

“Bu barədə 2 ay əvvəl məlumat verilib. Prezidentin köməkçisi Şahmar Mövsümov brifinqdə qaydaları izah etdi. Müəyyən olunan qaydaya görə, taksi fəaliyyəti ilə məşğul olan şəxslər sentyabrın 1-dən 1 doza, oktyabrın 1-dən 2-ci doza vaksinasiyadan keçməlidir”, - Elşad Hacıyev belə deyib.

Son məlumata görə, Azərbaycanda 7977574 nəfər vaksin olunub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4619842, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3357732 təşkil edir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/8owf6y

Most Viewed