Azərbaycanda taksi sürücülərindən də COVID-19 pasportu tələb olunacaq

“Bu barədə 2 ay əvvəl məlumat verilib”.

Source: Meydan TV


Elşad Hacıyev: "Taksi sürücüləri sentyabrın 1-dən 1 doza, oktyabrın 1-dən 2-ci doza vaksinasiyadan keçməlidir"

"Oktyabrın 1-dən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunacaq".

Məlumatı Meydan.TV-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.

Prezidentin köməkçisi Şahmar Mövsümov iyulun 26-da keçirdiyi brifinqdə bu barədə açıqlama verib.

O bildirib ki, sürücülər immunitet sertifikatı alaraq sərnişindaşıma fəaliyyəti göstərə bilərlər.

“Bu barədə 2 ay əvvəl məlumat verilib. Prezidentin köməkçisi Şahmar Mövsümov brifinqdə qaydaları izah etdi. Müəyyən olunan qaydaya görə, taksi fəaliyyəti ilə məşğul olan şəxslər sentyabrın 1-dən 1 doza, oktyabrın 1-dən 2-ci doza vaksinasiyadan keçməlidir”, – Elşad Hacıyev belə deyib.

Son məlumata görə, Azərbaycanda 7977574 nəfər vaksin olunub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4619842, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3357732 təşkil edir.

Ana səhifəSağlıqAzərbaycanda taksi sürücülərindən də COVID-19 pasportu tələb olunacaq