Peyk məlumatlarının tapılması və istifadəsi 

Xəzər dənizi, foto: NASA on Unsplash

Bu bələdçinin 2023-cü il nəşrinin müəllifləri “Reuters” agentliyinin məlumat jurnalistikası üzrə redaktor müavini  Rayan MakNill, Merilend Universitetinin Filip Merril Jurnalistika Kollecinin araşdırmaçı jurnalistika üzrə professoru  Debora Nelson və müstəqil jurnalist və GIJN Resurs Mərkəzinin  sabiq müdiri Tobi Makintoşdur. 

Peyklər qüdrətli araşdırma alətləridir. Jurnalistlər peyk imiclərindən və məsafədən aparılan informasiya axtarışından istifadə etməklə geniş spektrli problemləri üzə çıxarırlar: ağacların qırılması və meşə yanğınları, pandemiya riskləri və iqlim dəyişiklikləri, quldarlıq və kütləvi həbslər.

Bu bələdçinin son nəşrindən bəri dövlətlər və özəl şirkətlər kosmosa yeni peyklər çıxarıblar və bu işi davam etməyi planlaşdırırlar. 

Sintetik Apertura Radarı (SAR) peyk üzərində quraşdırılmış antenadan istifadə edərək, mikrodalğa siqnallarını Yer kürəsinin səthinə göndərir və bulud örtüyünü də dəlib keçə bilir.  Jurnalistlər bu sistemdən getdikcə daha çox istifadə edirlər.  

Peyklər jurnalistlərə metan qazı emissiyaları, neft sızmaları, kütləvi məzarlar və müharibə təbliğatının yalanlarını aşkar etməkdə yardımçı olur. 

Bu qısa GIJN bələdçisində bu texnologiyanı və ondan istifadə yollarının hamısını təfərrüatı ilə təsvir etmək mümkün deyil. Lakin bələdçi peyk şəkilləri və peyk informasiyasını əldə etmək, təhlilini aparmaq və yaymaq üçün başlanğıc nöqtələri haqqında informasiya verir. Burada həmçinin ekspert yardımı almağın yolları da təqdim edilir.  Bələdçi aşağıda göstərilən kimi təşkil olunub:

  1. İlham mənbələri: Dünya üzrə nümunələr
  2. Peyk şəkillərini haradan əldə etməli
  3. Proqram təminatları
  4. Bələdçilər, təlimatlar və köməkçi lövhəciklər 

1. İlham mənbələri: Dünya üzrə nümunələr 

Peyklərin köməyi ilə bu yaxınlarda işıqlandırılmış mövzulara Çində gizli saxlanma düşərgələrinə dair Pulitzer mükafatına layiq görülmüş silsilə yazılardan tutmuş, Amazon cəngəlliklərinin bilərəkdən yandırılmasına kimi ifşa xarakterli materiallar daxildir. Burada həmin materiallardan bəzilərinin adları çəkilir:  

2. Peyk şəkillərini haradan əldə etməli

Yüksək icazəli şəkilləri və informasiyanı bir çox yerdən almaq olar. Əvvəlcə biz sizə jurnalistlər üçün məsləhət gördüyümüz bəzi resursları, sonra isə öz siyahımızı və onlardan istifadə üçün köməkçi lövhəcikləri təqdim edəcəyik.  

Resurslar 

Xəritə resursları arxivi – jurnalistin alət qutusu, ABŞ-ın  Peşəkar Jurnalistlər Cəmiyyətinin  xəritələrlə bağlı geniş resurs siyahısıdır.

Bellingcat”in onlyan Araşdırma Alət Qutusu xəritələmə, peyk, məkan və küçə səviyyəsində baxış üçün 70-dən artıq mənbəyə bağlantısı olan sənəddir. 

15 pulsuz peyk şəkilləri informasiya mənbəyi həmin mənbələrin güclü və zəif tərəflərinə dair izahat verir. Eləcə də, GISGeography  13 məsafədən axtarmaq üçün proqram təminatları paketinin açıq mənbələrini  təqdim edir. 

SkyWatch-un 10 ən yaxşı pulsuz peyk informasiyası mənbələri də kommersiya peyk informasiyası aqreqatorudur və pulsuz peyk informasiyası verən mənbələrin müsbət və mənfi cəhətlərini yığcam şəkildə təsvir edir.  

Pulsuz peyk şəkilləri: Məlumat provayderləri və bütün ehtiyaclar üçün mənbələr  aparıcı şəkil mənbələrinin təfərrüatlı müqayisəsini kənd təsərrüfatı sahəsində ixtisaslaşmış kommersiya peyk şirkəti olan EOS Data Analytics tərəfindən yazılmış təhlil vasitəsilə təqdim edir.  Bu bələdçi hansı pulsuz provayderin sizin tələbinizə tam uyğun xidmətlər göstərdiyini bilmək üçün əla vasitədir. 

Aparıcı provayderlər

Google, Bing, Yandex və başqaları

Google, Bing, Yandex və başqa şirkətlərin əsasən xəritə məhsulları vasitəsilə təklif etdikləri peyk şəkiləri işə başlamaq üçün əsas nöqtədir.  Bunlar jurnalistin istifadə edə biləcəyi güclü alətlərdir. Onlar xüsusilə küçə səviyyəsində fotolar ilə birlikdə işlənildikdə, sizə ərazi ilə tanış olmaq üçün müstəsna imkanlar yaradır. Buna görə də onlar foto və videoların geolokasiyasını apararkən jurnalistlərin karına gəlir.

Axtarış mühərrikləri Maxar və ya Airbus kimi kommersiya provayderlərinin yüksək icazəli təsvirlərindən istifadə edirlər, lakin çox zaman bu şəkillər bir neçə ay əvvəl və ya da uzun müddət öncə çəkildiklərindən köhnəlmiş ola bilir. Daha yaxınlarda çəkilmiş yüksək icazəli şəkilləri əldə etmək üçün siz həmin şirkətlərlə birbaşa işləməlisiniz (aşağıda oxuyun). 

Ehtiyatlı olun: Bəzən şirkətlər müxtəlif səbəblər üzündən şəkilləri senzuraya məruz qoyurlar. Buna görə də, bir neçə mənbədə yoxlama aparmaq məsləhət görülür. “BuzzFeed News” belə yoxlamanın böyük bir xəbərə gətirib çıxara biləcəyini göstərib. 

Provayderlər siyahısında birinci yeri “Google”un bir neçə məhsulu tutur.  

Google Earth Pro son dərəcə mühüm resursdur. Burada siz müxtəlif vaxtlarda çəkilmiş və çox zaman yüksək icazəli şəkillərə nəzər sala bilərsiniz. Siz həmçinin yeni informasiya ilə köhnə şəkili müqayisə edə bilərsiniz. Xətkeş aləti obyektlər arasındakı məsafəni hesablamağı asanlaşdırır. Buraya, əgər varsa, “Google Street View” şəkiləri də daxildir. 

Google Maps  “Google Earth Pro” tətbiqinə yararlı əlavədir, belə ki, onda küçə səviyyəsində çəkilmiş şəkillərin tarixi arxivi var. Bu arxivdən açıq mənbə araşdrımaları zamanı və peyk şəkillərinin yerdə yoxlanılmasında istifadə etmək faydalıdır. 

Google Earth Engine (GEE) nəhəng peyk şəkilləri, məsafədən axtarış və elmi məlumatlar kitabxanasına malikdir. Ondan Yer kürəsi səthində müəyyən vaxt ərzində  qlobal, regional və yerli səviyyədə baş verənləri görmək, ölçmək və müqayisə etmək üçün istifadə oluna bilər. Bu resursdan istifadəni öyrənmək başqaları ilə müqayisədə daha çox vaxt apara bilər. Bu haqda aşağıda softver bölməsində söhbət açacağıq. 

Google-dan başqa xəritə məhsullarının bir hissəsi kimi peyk imicləri təklif edən digər vacib mənbələr bunlardır: 

Hökumətlər

Jurnalistlər Amerika Birləşmiş Ştatlarının Geoloji Tədqiqat və Avropa Kosmik Fəza Agentliyinin idarə etdiyi “Landsat” və “Sentinel-2” adlı Yerin müşahidə proqramlarından xəbərdar olmalıdırlar. Bu peyklər kiçik obyektləri görmək üçün işə yaramırlar, lakin hansısa regionda genişmiqyaslı transformasiyanı izləmək üçün əla alətlər sayılırlar. 

“Landset” peykləri 1972-ci ildən bəri Yerin ətrafında fırlanaraq şəkillər çəkir. “Landsat 8” və “Landsat 9” 30 metrə imic icazəsinə malik son versiyalardır. 

İki “Sentinel-2” peykindən birincisi 2015-ci ildə , ikincisi 2017-ci ildə orbitə çıxarılıb. Bu peyklər 10 metrə imic icazəsinə malikdirlər. 

Skrinşot, foto: NASA on Unsplash

Birlikdə “Landsat” və “Sentinel” uzun zaman kəsiyində Yer üzərində baş verən regional dəyişiklikləri başa düşmək üçün mühüm şəkillər kolleksiyası təklif edir. 

Bu imiclərə bir neçə internet saytından baxmaq olar. 

Məsələn, USGS  LandsatLook saytına malikdir. Sentinelin şəkillərinə isə Avropa İttifaqının  Copernicus Data Space Ecosystem saytında baxmaq olar.  

Daha bir faydalı sayt kimi “SentinelHub”ın EO Browser saytının adını çəkmək olar. Burada həm “Landsat”, həm “Sentinel-2”nin peyk şəkillərinə baxa bilərsiniz. “EO Browser” hər bir şəkil üçün hazır qruplaşdırılmış dəstlərə malikdir. Onlar hər hansı məkanın bitki sistemi, şəhər zonası, su və ya qar yağanda vəziyyətlərini əks etdirir. “Sentinel Hub” bu yaxınlarda “Planet Labs” tərəfindən alınmış “Sinergise” özəl şirkətinin məhsuludur. 

“EO Browser” bir sıra başqa peyk proqramlarından alınan informasiyaya malikdir. Məsələn, siz SAR-dan istifadə edən “Sentinel-1” peykindən və ya havanın çirklənməsini ölçən “Sentinel-5” peykindən informasiyaya baxa bilərsiniz.  Bu, hökumət mənbələrindən alına bilən geniş çeşidli informasiya ilə tanış olmaq üçün uyğun mənbədir. 

NASA

NASA EarthData: ABŞ Milli Aeronavtika və Kosmik Fəza Administrasiyası peyk informasiyası dəstlərinin və informasiya məhsullarının geniş kolleksiyasını təklif edir. NASA Worldview böyük sayda peyklərdən real vaxta yaxın yüksək icazəli şəkillər təqdim edən interaktiv alətdir. Bura Yer kürəsi fırlanarkən onun yalnız bir hissəsinə fokuslanan geostasionar peyklər daxildir. Bu peyklər hava şəraitinin dəyişməsini və ya meşə yanğınlarını fasiləsiz şəkildə izləməyə imkan verir. “Worldview” ixtisaslaşmış xəritələmə və vizualizasiya alətlərinə, məsələn, yanğınları izləmək üçün FIRMS və ya metan buxarlarını müşahidə etmək üçün  EMIT kimi alətlərə linklər təqdim edir. Buradan həm də onlarla NASA məlumat mərkəzlərinə və onlarla əlaqəli məlumat məhsullarına çıxış əldə etmək mümkündür.  NASA Earth Observations atmosfer, torpaq, okean, enerji, ətraf mühit və sairə haqqında 50-dən çox informasiya dəstinə malik daha bir portaldır. Portaldan istifadə etmək üçün agentlik mövzular üzrə, məsələn, təbii fəlakətlər, meşə yanğınları, bioloji müxtəliflik,  informasiya alət qutuları hazırlayıb.  

NOAA

NOAA National Environmental Satellite, Data, and Information Service: ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası iqlim, hava və ətraf mühit üzərində ixtisaslaşaraq, topladığı qlobal peyk imicləri və məlumata daxil olmaq üçün bir neçə interfeys təqdim edir. 

USGS

USGS Earth Explorer:  Yuxarıda adı çəkilən “LandsatLook” interfeysinə əlavə olaraq, “USGS Earth Explorer” vasitəsilə müxtəlif informasiya dəstlərinə daxil olmaq imkanı yaradır. “GISGeography”nin  bələdçisi  “Earth Explorer”dən istifadədə köməkçi rolunu oynaya bilər. 

Ödənişli provayderlər

Pulsuz “Landsat” və “Sentinel” irimiqyaslı dəyişiklikləri müşahidə etmək üçün əla alətlər olsalar da, daha detallı təhlil üçün kommersiya provayderlərindən imicləri almaq lazım gəlir. “Associated Press” 2015-ci ildə Papua Yeni Qvineyada balıqçı katerlərində qulların işlədilməsini üzə çıxarmaq üçün, “Reuters” 2022-ci ildə Efiopiyada etnik tiqrayanların saxlanıldığı müvəqqəti düşərgələrdə qeyri-insani şərait haqqında şahidlərin dediklərini yoxlamaq üçün məhz kommersiya şirkətlərinin imiclərindən istifadə etmişdi. 

Bu mətn yazılarkən “Maxar Technologies” və “Airbus” ən yüksək icazəli imiclər çəkən şirkətlər hesab edilirlər. Peyk şəkillərinin keyfiyyəti 30 santimetrdir. Hər birinin bu imiclərin saxlanıldığı portalı vardır, lakin onlara baxmaq üçün şirkətin mətbuat xidmətinə və ya satış agentlərindən birinə müraciət etmək lazımdır.  

Planet Labs”in 3.7 metrlik icazəyə malik çoxsaylı peykləri Yer kürəsinin demək olar ki, bütün səthini hər gün müşahidə edir. Şirkət eləcə də 50 santimetr icazə ilə işləyən bir neçə peykə də malikdir. Onlar yalnız spesifik tapşırıq aldıqdan sonra şəkil çəkirlər. 

Capella Space” yüksək icazəli SAR şəkilləri çəkir. İcazə 50 santimetrdən aşağıdır.  

BlackSky” peyklərinə tapşırıqlar verə və 90 dəqiqə içində məlumat ala bilir.  

Peyk şəkillərini aşağıdakı təkrar satış agentlərindən almaq olar:

Shadowbreak 

EOS Data Analytics

Descartes Labs

EarthRise Media

Image Hunter

SkyWatch

Qeyri-kommersiya qurumları

İnformasiya Dayanıqlığı Mərkəzi insan hüquqlarının pozulması, müharibə cinayətləri, dezinformasiya və onlayn təqib hallarının üzə çıxarılması işində mətbuatla əməkdaşlıq edir. Onun xüsusi layihəsi olan “Eyes on Russia Map” (Gözlər Rusiyada Xəritəsi) Ukraynadakı münaqişənin izlənilməsinə yönəlib. 

Qlobal Balıqçılığın Müşahidəsi okeanlarda insan fəaliyyətini izləmək üçün peyk şəkilləri, informasiya dəstləri və kodlarına pulsuz giriş təmin edir. 

Qlobal Meşələrin Müşahidəsi meşə sahələrinin azalması və yox olmasını izləmək üçün peyk şəkillərinə və təhlil sənədlərinə pulsuz giriş təmin edir. O, eləcə də maraq doğuran ərazilərdə hansısa dəyişiklik barədə sizə siqnal göndərişi yaratmaq imkanı da yaradır.  

Nurlu Yer Kürəsi Fondu peyk, dron və havadan çəkilmiş imicləri əldə etmək üçün alətlər və təlimatlar təqdim edir. Bu təşkilatın əsas diqqəti iqlim dəyişikliyinə və təbiətin mühafizəsinə yönəlib.  

Resurs Müşahidəsi iqlim dəyişikliyi, su təhlükəsizliyi, ətraf mühitin çirklənməsi, yoxsulluq, miqrasiya və dövlət qeyri-sabitliyi kimi geniş sayda məsələləri izləmək üçün pulsuz və endirilə bilən informasiya dəstləri və vizualizasiya alətlər təklif edir. 

SkyTruth” araşdırma layihələrində məsləhət xidmətləri göstərməyə hazır olan təbiəti mühafizəsi ilə məşğul olan təşkilatdır. Email ünvanı  media@skytruth.org. “Skytruth” jurnalistlərlə birgə layihələrin xronikasını aparır.  

Skrinşot, foto: NASA on Unsplash

3. Softver

Coğrafi İnformasiya Sistemindən (GIS) istifadəni öyrənməklə siz peyk şəkilləri və məsafədən alınmış informasiyadan daha geniş şəkildə faydalana bilərsiniz. Aşağıda göstərilən GIS softverləri sizə müxtəlif mənbələrdən alınmış məlumatların müxtəlif kateqoriyalarını yaratmaq və onların məkan təhlilini aparmaq imkanı verir. 

Esri GIJN ilə səxavətli şərtlərlə imzaladığı müqavilə əsasında üzv təşkilatlara şəkillərlə işləmək və xəritələr yaratmaq üçün “ArcGIS” softverindən istifadəyə pulsuz lisenziya verir. Daha ətraflı məlumat üçün buradan GIJN-ə müraciət edin.

QGIS geniş istifadə olunan açıq mənbə GIS desktop softveridir. 

RPython vektor və raster təhlilini aparmaq üçün geniş kitabxana resursuna malik proqram dilləridir.  

Google Earth Engine (yuxarıda adı çəkilən) istifadəyə hazır petabaytlar həcmində şəkillərə və məsafədən alınan məlumata malikdir. Siz öz şəkillərinizi və vektor fayllarınızı da bura yükləyə bilərsiniz. Bu nəhəng sayda məlumatın təhlilini mümkün edən tammiqyaslı GIS softveridir. Lakin belə böyük bir üstünlüyə tam yiyələnmək üçün gərgin tədris proqramı tələb olunur. 

 ​​“Google News Initiative” jurnalistlər üçün GEE-nin bir çox funksiyalarına dair silsilə dərsliklər  hazırlayıb. Məsələn, “time lapse” (vaxtın keçdiyini göstərən) videoları necə yaratmaq, ağacın yarpaq örtüyünün dəyişməsinin müşahidəsi və balıq sürülərinin miqrasiyasının izlənilməsi. “Google” da izahlar və dərsliklər silsilələrini tərtib edib.  

Nəzərə alın ki, GEE-nin Kod redaktorundan istifadə “JavaScript” ilə tanışlıq tələb edir. Siz GEE ilə RPython vasitəsilə də işləyə bilərsiniz. 

4. Bələdçilər, dərsliklər və köməkçi lövhəciklər

Google Earth Engine”: Naşılar üçün çevik bələdçi  “GIS Geography” tərəfindən hazırlanmış icmal və addımbaaddım dərslikdir. 

Bellingcat”in Onlyan Araşdırma Alət Qutusu böyül sayda kosmos jurnalistikası resursları daxil olmaqla, açıq mənbələrlə təhqiqat aparmaq üçün təsir bağışlayan resurslar yığımıdır. 

Google Earth Engine” ilə Buludda Mənzillənərək Məsafədən Məlumat Alınması  pulsuz internet dərsliyidir. Onun məqsədi sizi naşı birindən ekspert istifadəçiyə çevirməkdir. Dərsliyin müəllifi ətraf mühit elmləri professoru və San Fransisko Universitetində “Geospatial Analysis” laboratoriyasının müdiri David Saahdır. 

Real vaxtda peyk məlumatı necə olur?  çox sadə dildə Yer kürəsi ətrafında dövrə vuran peyklərin sayı, növü və onlardan alınan informasiyanın toplanması və istifadə edilməsi haqqında məlumat verir. Bələdçini kommersiya peyk aqreqasiya şirkəti olan “Skywatch” hazırlayıb. 

Skrinşot, foto: NASA on Unsplash

Peyk şəkillərinin təhlili  Al Jazeera Media İnstitutu tərəfindən hazırlanmış xəbər yazma prosesinin gücləndirilməsi üçün peyk şəkillərindən istifadə haqqında illüstrasiyalı izahatdır.

Görünməyəni göstərmək – Dəst jurnalistlər, tədqiqatçılar və fəallar üçün “Tactical Tech” tərəfindən yazılmış araşdırma texnikalarına dair bələdçidir. Bu mövzulara xüsusi diqqət yetirin: Peyk araşdırmasına başlayarkənAşkar olanın arxasında duranı görmək üçün xəritələrdən istifadə və  geolokasiya metodları: Addımbaaddım Bələdçi.  Bu yazıların müəllifi memar və Pulitzer mükafatı qalibi jurnalist Alison Killingdir. 

Məhkəmə ekspertizası araşdırmalarında peyk şəkillərindən istifadəyə dair məsləhətlər, “Amnesty International”ın Dəlil Lab – GIJN “Amnesty International” tərəfindən 2022-ci ildə Beynəlxalq Jurnalistika Festivalında edilmiş prezentasiyanın  xülasəsidir. 

Hava – Peyk Şəkilləri və GIS Baxış Platformaları Apollo Mapping tərəfindən hazırlanıb. O, iki aparıcı pulsuz GIS və baxış platoformaları olan QGIS və “Google Earth” istifadəçilərinə revyular, endirmə linkləri və şəkillərin yükləndirilməsinə dair təlimatlar təqdim edir. 

Geolokasiya və açıq mənbə məlumatlarından araşdırmanızı gücləndirmək üçün istifadəyə dair 10 məsləhət – GIJN imiclərin təhlili haqqında 2022-ci il Beynəlxalq Jurnalistika Festivalında  İnformasiya Dayanıqlığı Mərkəzinin prezentasiyası əsasında tərtib edilib. 

Peyk və dronlar vasitəsilə səmalardan yalanları necə üzə çıxarmalı – GIJN havadan çəkilmiş materiallardan istifadə üçün 2021-ci il Qlobal Araşdırmaçı Jurnalistika Konfransında səsləndirilmiş ideyalar və məsləhətlər əsasında yazılıb.

Süni intellekt+peyk şəkillərindən istifadə etməklə hekayəni danışmağa dair Jurnalist Bələdçisi süni intellekt və peyk şəkillərini birləşdirmək üçün praktik addımlar və iş cədvəli təqdim edir. Bu bələdçi 2021-ci ildə  Jurnalistika və Süni İntellekt arasında Əməkdaşlıq Çağırışları tədbirindəki bir layihə əsasında hazırlanıb.

Earth Engine” və Geemap ilə Buludda Mənzillənmiş Geospatial Analizə Giriş daha mürəkkəb, yeddi sessiyadan ibarət dərsliyə və detallı dəstək materiallarına linklərlə təmin edir. Həmin dərsliyin müəllifləri Qiuşenq Vu və Stiv Qrinberqdir. Burada izlədiyiniz koordinatlar aid peyk məlumatlarının avtomatik olaraq aşkar edilməsi üçün Streamlit alətindən istifadəyə dair təlimatlar da var. 

Mənim ən çox sevdiyim alətlər: Geo-Jurnalist Qustavo Faleyros – GIJN Braziliyalı jurnalist və ətraf mühit üzrə araşdırmaçı redaktor Qustavo Faleyros GIJN-ə 2021-ci ildə verdiyi müsahibədə peyk şəkilləri və məlumatının əldə edilməsi, xəritələnməsi və vizualizasiyasında istifadə etdiyi alətlərdən söz açır. 

Mövzu üzrə resurslar:

Münaqişə

Jurnalistin Müharibə Cinayətlərinin Araşdırılmasına dair Bələdçisi: Açıq mənbə tədqiqatı, GIJN

Yanmış Torpaq: NASA-nın yanğın məlumatları vasitəsilə müharibə zonalarının monitorinqi, Bellingcat

İqlim dəyişikliyi və ətraf mühit

Ətraf mühit barədə yazan jurnalistlər NASA-nın yeni “Landsat 9” peykindən necə istifadə edə bilərlər, GIJN 

Google News Initiative”: Ətraf Mühit Jurnalistikası 

Metan emissiyalarını peyklərlə izləmək üçün yeni mənbələr peyda olur, GIJN

Bunu necə etdilər: Venesuelada iri qanunsuz mədən şəbəkəsinin aşkar edilməsi, GIJN (El País and Armando.info)

Tropik meşələrin məhvinin araşdırılması: Süni intellektlə qanunsuz təyyarə zolaqlarının tapılması, Pulitzer Mərkəzi 

İnsan hüquqları

Məhkəmə ekspertizası araşdırmalarında peyk şəkillərindən istifadəyə dair məsləhətlər, “Amnesty International”ın Dəlil Lab, GIJN

İnsan hüquqlarının monitorinqində peyk şəkillərindən istifadə, “The Engine Room”

Quldarlıq və məcburi əmək

Üz Qabığından: Peyklər dünya üzrə balıqçılıq sənayesində məcburi əməyin qlobal miqyasını aşkar edə bilər, Milli Elmlər Akademiyasının araşdırması

Həqiqiliyin yoxlanılması

Deepfake Coğrafiyası: Süni intellekt peyk imiclərini necə sxtalaşdıra bilər, GIJN

Ukrayna müharibəsindəki şəkillərin həqiqiliyinin yoxlanılması, “The New York Times” 


Aparatda əcinnə: Çadda hadisə, niyə texnologiyaya kor-koranə etibar etmək olmaz, Bellingcat