Mafioz Dövlətlər və Kleptokratiyalar

Avtoritar kliptokrat rejimlər, illustrasiya: Meydan Tv

Kriminal və korrupsiyalı dövlətlərdən bəhs edən bu fəsil Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Layihəsinin (OCCRP)  həmtəsisçisi və naşiri Drü Salivan (Drew Sullivan) tərəfindən yazılıb. Qlobal araşdırmaçı jurnalist şəbəkəsi olaraq, OCCRP cinayətkarlığı və korrupsiyanı ifşa etməklə ictimaiyyətə öz rəhbərliklərini məsuliyyətə cəlb etmək imkanı verir.  

“Mafioz” dövlətlər dedikdə biz kriminal bir şirkət kimi fəaliyyət göstərən hökumətləri nəzərdə tuturuq. Belə dövlətləri idarə edənlər hər şeydən gəlir götürürlər və öz hakimiyyətlərini qorumaq üçün zorakılığa əl atırlar. Bu, mafiyaya xas bir davranışdır. 

Mafioz dövlətlər və kleptokratiyalar arasında fərq qoymaq vacibdir. Mafioz dövlətlərin sayı azdır.  Oğurluq və geniş yayılmış korrupsiya vasitəsilə idarə edilən dövlətlər kleptokratiyalardır və onların sayı daha çoxdur. İnkişaf etməkdə olan ölkələrin əksər hissəsi kleptokratik dövlətlərdir. Dünyada haradasa 6-7 dövlət var ki, onların da məramı mafiyaya bənzər bir təşkilat kimi işləməkdir. 

Mafioz dövlətlər sırasında Kosovo və Çernoqoriyanın adlarını çəkmək olar. Rusiyanı da mafioz dövlət adlandırmaq olar, lakin Rusiya ilə mafiozluqda yarışa biləcək başqa bir ölkə yəqin ki yoxdur. Ekvatorial Qvineya da mafioz dövlətlər siyahısındadır. Venesuelanın rəsmiləri ölkəni idarə etməyə maraq göstərmədiklərindən, bura da mafioz dövlətə çevrilib. Siyasi elita və hərbi rəhbərlik təhlükəsizliyi möhkəmləndirmək və ya təhsil sahəsini inkişaf etdirmək əvəzinə,  ofşor hesablar açmaqla və narkotik alveri ilə məşğuldur. Siyahıya namizədlər arasında Malta və Meksikanın adlarını çəkmək olar. 

Mafioz dövlətlərin necə işlədiyini başa düşüb, onları ifşa etmək işində pulların və sərvətin hara axdığını izləyə bilmək açar rolunu oynayır. 

Digər tərəfdən, demokratiyanın zəif olduğu bütün ölkələrdə kleptokratiya çiçək açır. Digər sözlə, dünyanın əksər ölkələrində.  Məsələn, Afrikanın çox hissəsini avtokratiya idarə edir. Seçkilərdə səslər saxtalaşdırılır,  rüşvətxorluq baş alıb gedir. Bu əsl himayədarlıq sistemidir.  Azərbaycan kleptokratiyadır.  Onu korrupsiyalı, avtokratik rəhbərlik idarə edir.  Bu iqtidar insanları təqib edir, lakin oğurlanmış pulların çox hissəsi başqalarını nəzarətdə saxlamağa xərclənir ki, onlar hakim ailəyə təhlükə yaratmasın.  Onlar pula ehtiyacları olduğuna görə hər şeyi oğurlamaqla məşğul deyillər. Onlar sadəcə istəmirlər ki, kiminsə onlara qarşı çıxmaq üçün kifayət qədər pulu olsun. 

Əsl problem hakimiyyət özəlləşdiriləndə yaranır. Sual budur ki, siz hakimiyyətdə olanları iqtidardan kənarlaşdırmağa qadirsinizmi? Əgər suala cavab mənfidirsə, onda, deməli, sizin ölkədə hakimiyyət özəlləşdirilib və ölkəniz avtoritar və kleptokratikdir. Hətta demokratik institutlara malik Polşa və Çex Respublikası kimi dövlətlərdə vəziyyət idealdan uzaqdır. 

Mafioz dövlətlərin necə işlədiyini başa düşüb onları ifşa etmək işində pulların və sərvətin hara axdığını izləyə bilmək açar rolunu oynayır. Ölkənin təbii sərvətləri dəyərə malikdir. Mədəndən çıxarılan minerallar, kəsilmiş ağacların dəyəri vardır. İstənilən təbii sərvət əldə edən sənayeni araşdırmağa dəyər, belə ki, bu, avtokratlar və ya mafioz dövlətlərin pula çevirə bildiyi yeganə şeydir. 

Bir çox səbəbdən mafioz dövləti təhqiq etmək cinayət kartelinin fəaliyyətini araşdırmaqdan daha asandır, çünki bu zaman siz dövlət arxivindən, sənədlərdən, tenderlərdən və şirkətlərin məlumatlarından istifadə edə bilərsiniz. Yəni, əlinizdə informasiya var. Dövlət mütəşəkkil cinayət qrupundan daha şəffaf bir qurumdur.  Kriminal qrupda olduğu kimi, belə təşkilatın ierarxiyasını araşdıranda ən yuxarıdan başlamaq lazımdır. Lakin çox zaman hökumətlərin daxilində qeyri-rəsmi şəbəkələr rəsmi strukturdan daha nüfuzlu ola bilər. Buna görə sizə kimin daha böyük nüfuz sahibi olduğunu ayırd etmək gərəkdir.  Kim daha da varlanır, kimin evi daha bahalıdır, prezidentin yeni tikilmiş dəbdəbəli yaşayış rayonunda ən yaxın qonşusu kimdir.  

Bu iş mütəmadi olaraq aparılmalıdır və sizdən səbrlə tapa bildiyiniz bütün informasiyanı toplamaq tələb olunur. Biz toplanmış bilgilərin idarə edilməsi sistemindən istifadə edərək, bütün məlumatları bir araya gətirir və digər proqram softverlərinin köməyilə təhlil edirik. Bundan sonra isə siz pulun hara axdığını izləyirsiniz.  

20 ildən çox idi ki, Şimali Koreyanın cinayətkar kartel kimi fəaliyyət göstərməsi barədə etibarlı məlumatlar alınırdı. 

Araşdırma nümunələri 

Çernoqoriya

Çernoqoriya mafioz dövlətə dair klassik nümunədir. 600 min sakini olan bu kiçik ölkəni əsas vəzifəsi baş nazir olan bir şəxs idarə edirdi.  O, qardaşı vasitəsilə mütəşəkkil cinayətkar qruplarla sıx münasibətlər qurmuşdu. Onlar qanunsuz tütün məhsulları satışı ilə məşğul idilər və dövlət bu işdə onlara fəal surətdə kömək edirdi.  Biz tədricən baş nazirin korrupsiya fəaliyyətini gücləndirmək üçün istifadə etdiyi mexanizmləri aşkarladıq. Baş nazir öz ailəsi üçün bir bankı özəlləşdirmişdi və öz dövlət vəsaitini nəhəng məbləğlərdə bu banka yönəldirdi.  Sonra o, bizneslə məşğul olmaq istəyən başqalarını da bu bankla işləməyə məcbur edən qaydalar yaratdı. Bundan sonra o bankdan özü, dostları və mütəşəkkil cinayət qrupları üçün kreditlər almağa başladı. Bank müflis olanda isə vergi ödəyicilərinin pulu ilə bankı iflasdan qurtardı.  

Venesuela

Venesuelanın kriminal maraqlar tərəfindən tam şəkildə mənimsənildiyi artıq geniş şəkildə sənədləşdirilib. Amerika Ədliyyə Departmantenin ittiham aktları, mətbuat araşdırmaları və aparılmış təhqiqatlar hökumətin ən yüksək səviyyədə mütəşəkkil cinayətkarlığla çuğlaşdığını göstərir. Yüzdən çox Venesuela rəsmisi – Nikolas Maduro rejiminin ən yüksək vəzifəli üzvləri daxil olmaqla – yanacaq qaçaqmalçılığı, ərzaq və dava-dərmanın qara bazarda satılması və kokain alveri kimi cinayətlərdə şübhəli biliniblər.  “İnsight Crime” yazır ki, “dövlət büdcəsi sənaye miqyasında qarət edilmişdir”. Buraya silahlı dəstələr və cinayətkar dəstələr üzərində dövlət nəzarətini, böyük sayda məhkəmədənkənar qətlləri əlavə etsək, cinayətkar dövlətin bütün əlamətlərini görə bilərik. 

Şimali Koreya

Şimali Koreya belə dövlət tipinə dair daha bir bariz nümunədir. 20 ildən çox idi ki, Şimali Koreyanın cinayətkar kartel kimi fəaliyyət göstərməsi barədə etibarlı məlumatlar alınırdı. Şimali Koreya rəsmiləri narkotik alveri, saxta pullar çapı, kiberncinayətlər, tütün məhsulları qaçaqmalçılığı,  adam oğurluğu və başqa cinayətlərdə şübhəli bilinmişdilər.  Çox hallarda mafiya hanısa ölkədə hakimiyyəti aşağıdan yuxarıya doğru hərəkət edərək ələ keçirir. Lakin Şimali Koreyada bu əks istiqamətdədir. Ən yüksək rəhbərlikdən tutmuş xaricdə işləyən diplomatları kimi hökumət rəsmiləri reketerliklə məşğuldurlar. Şimali Koreyanın ən böyük problemi xarici valyuta mübadiləsidir. Lakin Şimali Koreya heç nə ixrac edə bilməz və beynəlxalq aləm tərəfindən xətakar dövlət hesab edilir. Buna görə də, onlar saxta ABŞ dollarları çap edir, narkotik satır və konvertasiya edilən valyuta qazanmaq üçün müxtəlif qanunsuz işlərlər məşğul olurlar. 

Məsləhətlər və vasitələr

Təəccüblü sayda qalmaqal kiminsə xanımının istirahət zamanı gəmidən çəkib “İnstagram”a qoyduğu şəkillər nəticəsində ictimailəşib. 

Müqavilələri oxuyun: Mütəşəkkil cinayətkar qruplar adətən narkotiklər kimi qanunsuz ticarət vasitəsilə pul qazanırlar. Korrupsiyaya uğramış dövlətlərdə belə gəlirlər dövlət müqavilələrinin köməyi ilə əldə edilir. Kimə neft quyusu qazmaq icazəsi verilib? Kimə meşəni qırmaq icazəsi verilib?  Telefon şirkətinin sahibi kimdir? Bunlar sizə mafioz dövlətdə kimin nüfuz sahibi olduğunu tapmaqda kömək edən suallardır. 

Aktivləri axtarın: Növbəti addım aktivləri müəyyən etməkdir. Aktivin nə zaman, harda və necə alındığını tapın. Bundan sonra siz dövlət müqaviləsi prosesində pulun qazanıldığı məqamı təxmin edə bilərsiniz. Hər bir fərdin ətrafında bu aktivlər üçün saxta sahiblər kimi çıxış edən kiçik bir qrup olacaq. “Qondarma” sahiblərin kim olduğunu, onların vəkillərinin və ailə üzvlərinin kimliklərini müəyyən etdikdən sonra, siz bu adamlara hansı aktivlərin məxsus olduğunu ayırd edə bilərsiniz. 

İctimai reyestləri oxuyun: Aktivləri izləmək üçün müxtəlif ictimai reyestlərlə işləmək lazımdır: korporativ, torpaq, əmlak reyestrlərini. Bu yaxınlarda Fransa əmlak reyestrlərini internetdə yerləşdirib.  Biz burada artıq çox maraqlı adları tapırıq. 

Sızmış məlumatları yoxlayın: Pulun kim tərəfindən alındığını və hara getdiyini müəyyən etməkdə sizə yardım olacaq böyük sayda sızmış bank məlumatları mövcuddur. Siz ICIJ və OCCRP kimi GIJN üzvlər və sızmış məlumat bankın malik digər təşkilatlarla əlaqə saxlaya bilərsiniz. Hətta 10-15 il əvvələ aid olsalar da, bu məlumatlar faydalı ola bilər. Hansısa yeni “qondarma” sahibin adı birdən-birə köhnə məlumatlarda üzə çıxa bilər. Sızmaların sayı elə böyük saydadır ki, artıq onlar araşdırma işinin mühüm tərkib hissəsinə çevriliblər. Pul axınını izləmək üçün müxtəlif sızmaların uclarını birləşdirməyə çox vaxt sərf olunur. Məlumatlar sızma baş vermədən başqa yollarla da alına bilər. Məsələn, hakerlərdən, girovgötürmə bot proqramlardan və ya onlayn veb-skreypinq adlanan əməliyyatlardan. Jurnalistlər  mütəmadi olaraq yüzlərlə məlumat platformasını süzgəcdən keçirirlər. Olduca mühüm informasiya girovgötürmə bot proqramların xaker hərəkətləri nəticəsində ortaya çıxır.  Bir çox şirkət girov ödəməkdən boyun qaçırdığından, onların məlumatları sızdırılır. 

Siz olduqca diqqətli olmalı və araşdırmanızın ictimai maraq daşıdığına əmin olmalısınız. 

Ənənəvi jurnalist texnikalarından istifadə edin:Investigative reporting hasn’t changed. You can’t do everything online. Many young and inexperienced reporters aren’t as familiar with old-fashioned reporting techniques. You still need to do source development, you still need to request public records at a high rate. Some reporters are particularly good using the traditional, shoe leather approach, and others are particularly good at online reporting, and it’s best to combine the two. Open-source research has blossomed in the past few years. A surprising number of big stories get revealed because a girlfriend puts pictures of their trip on the yacht on Instagram.

Araşdırmaçı jurnalistika metodları dəyişməyib. Hər şeyi internetlə etmək olmur. Bir çox gənc və təcrübəsiz jurnalist köhnə metodlarla yaxşı tanış deyil.  Siz hələ də mənbələrlə işləməli, hələ də ictimai reyestrlərdən böyük sayda məlumatlar əldə etməlisiniz. Bəzi jurnalistlər qapılara ayaq döyməkdə ustadırlar, digərləri isə onlayn jurnalistikada püxtələşiblər. Ən yaxşı çıxış yolu bu iki metoddan birlikdə istifadə etməkdir. Son illərdə açıq mənbələrdə aparılan təhqiqatlar geniş yayılıb. Təəccüblü sayda qalmaqal kiminsə xanımının istirahət zamanı gəmidən çəkib “İnstagram”a qoyduğu şəkillər nəticəsində ictimailəşib.

Məlumat bazalarından istifadə edin, şəbəkə xəritələri yaradın:  Aleph ən böyük jurnalistika alətidir və OCCRP tərəfindən yaradılıb. Biz bütün məlumatları orada yerləşdiririk. Aleph məlumatlar əsasında şəbəkə xəritələri yarada bilərn Linkurious ilə birləşdirilib.  Onda hadisələrin xronologiyasını yaratmaq imkanı verən zaman funksionallığı da var. Bu sistem müxtəlif məlumatları tutuşdura bilir və bunun vasitəsilə siz müxtəlif məlumat bazalarında olan məlumatlar müqayisə edə bilərsiniz. Siz i2 kimi pullu proqramlardan da istifadə edə bilərsiniz, lakin onlar bahalıdırlar və bu səbəbdən jurnalistlər tərəfindən adətə istifadə olunmurlar.  Bir sıra sosial şəbəkənin təhlili alətləri də mövcuddur və onlardan bəziləri pulsuzdur. Amma onlardan texniki biliklərə malik adamlar istifadə edə bilir. Aleph havayıdır və Linkurious-dan yararlanmaq imkanı verir. 

Əməkdaşlıq edin: İndiki dövrdə ən yaxşı korrupsiya və mütəşəkkil cinayət araşdırmalarının hamısı beynəlxalq əməkdaşlıq layihələrinin nəticəsidir. Müxtəlif və böyük sahələrdə ixtisaslaşmış hərtərəfli bacarıqlara malik komanda ilə fəaliyyət aparmaq hələ heç zaman belə vacib olmamışdı.  Sizə yerlərdə müxbirlər, kibertəhlükəsizlik üzrə jurnalistlər, tədqiqatçılar və sosial media ekspertləri lazımdır. Sızmaları ortaya çıxara bilən kompüter mütəxəssisləri gərəkdir. OCCRP şəbəkədir və biz bundan istifadə edərək, bir-birimizin bacarıqlarından bəhrələnirik.  Əslində məhz buna görə biz çoxlu araşdırmanı tez bir zamanda aparmağa nail oluruq. Əgər sizdə belə adamlardan ibarət təşkilat yoxdursa, o zaman  GIJN kimi təşkilatlardan istifadə edərək münasibətlər qura bilməlisiniz. Biz “Wiki” sistemindən istifadə edərək, informasiya ilə bölüşür və araşdırmalarda əməkdaşlıq edirik. Məxfi danışıqlarımızı “Signal” vasitəsilə aparırıq. Bunlar çox  sistemlərdir.   Bizə daha yaxşı alətlər lazımdır, amma “Signal” və “Wiki” və Aleph birlikdə bizə layihələrimizi uzlaşdırmağa kömək edir və bu sistemlərdən hər bir jurnalist istifadə edə bilər. 

Etika qaydalarını gözləyin: Siz olduqca diqqətli olmalı və araşdırmanızın ictimai maraq daşıdığına əmin olmalısınız. Zənnimcə, bu, əsas məsələdir. Biz daima bu mövzu barədə fikir mübadiləsi aparırıq: İctimaiyyətə bunu bilmək həqiqətənmi gərəkdir?  Biz çalışırıq ki, bütün işlərimiz korrupsiya hallarının üstünü açmağa, hökumət, biznes şirkəti və ya mütəşəkkil cinayətkar qrupun qanunsuz əməllərini işıqlandırmağa xidmət etsin. İctimaiyyət isə bu biliklər əsasında daha yaxşı qərarlar verə bilsin.