Zelenskinin həyatından bəhs edən komiks hazırlanıb

Reuters

Komiksdə onun aktyorluqdan prezidentliyədək olan həyatı əks olunub

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyatından bəhs edən komiks hazırlanıb.

“Siyasi hakimiyyət: Volodimir Zelenski” adlı qrafik romanın ideya müəllifi “TidalWave Comics” şirkətidir.

22 səhifəlik komiksin mətn müəllifi Maykl Frizelldir.

Nəşrin illüstrasiyasını rəssam Pablo Martinena hazırlayıb.

Komiksdə Zelenskinin komediya aktyorluğundan prezidentliyə qədər olan həyatı əks olunub.

Jurnal “Amazon” platformasında 7,99 dollara satışdadır.

Şirkət gəlirin bir hissəsini Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə ianə edəcəyini açıqlayıb.

Komiks (gülməli) — hər hansı hekayənin şəkillər vasitəsilə təsviridir. Komiks özündə eyni zamanda ədəbi və təsviri sənətləri daşıyır.

Ana səhifəMədəniyyətZelenskinin həyatından bəhs edən komiks hazırlanıb