Zelenski ilə seriala çəkilən aktrisa vəfat edib

Ruslana Pisanka. Foto: “1+1” kanalı

Onun hansı xətəlikdən vəfat etdiyi açıqlanmayıb

Ukraynalı teleaparıcı və aktrisa Ruslana Pisanka 57 yaşında vəfat edib.

Onun uzun sürən xəstəlikdən sonra iyulun 19-da gecə saatlarında Almaniyada keçindiyi bildirilir.

Aktrisanın xəstəliyi barədə məlumat verilmir.

Pisanka 1967-ci il noyabrın 17-də Kiyevdə doğulub.

Otuzdan çox filmə çəkilib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin aktyorluq fəaliyyəti dövründə onunla eyni seriala çəkilib.

“Сваты” Ukrayna komediya serialında teleaparıcı rolunda oynayıb.

Ana səhifə ▸ Mədəniyyət ▸ Zelenski ilə seriala çəkilən aktrisa vəfat edib