YAP parlament seçkiləri üçün ayrılan pulsuz efir vaxtından imtina edəcək (yenilənib)

Siyavuş Novruzov: Çünki başqa partiyalar 60 dairədən namizəd irəli sürməyə adam tapmırlar belə olanda da alternativlik olmur

Source:


ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli Siyavuş Novruzovun açıqlamasından təəccüblənmədiyini dedi.


Meydan TV-yə YAP-çı deputatın söylədiklərini şərh edən Natiq Cəfərli bildirdi ki, hakim partiya bir neçə dəfə bu cür qərar qəbul edib. Amma bu dəfə əvvəlki illərdən fərqli olaraq daha tez açıqlama verdilər: “2010-cu ilin təcrübəsi onu göstərir ki, yüksək səviyyədə qərar olduqdan sonra məlum qərar qəbul olundu və nəticə olaraq ayrılmış efir vaxtı bütün namizədlər arasında bölündü”.


N.Cəfərli hakim partiya yetkilisinin fikirlərini iki yöndən qiymətləndirir: “Birinci, əgər YAP imtina edirsə, deməli, bütün namizədlərə bərabər efir zamanı ayrılacaq. İkinci baxış odur ki, YAP özü də imtina edirsə, deməli, təbliğat kampaniyası zamanı televiziyada efir imkanı tanınmayacaq. Hər iki yöndə gözləntilər var. Ancaq görünən odur ki, hakimiyyətdə efir vaxtı ilə bağlı hər hansı fikir formalaşır. Hansı addımı atacaqlar sualına gəldikdə, hakimiyyətin seçki məntiqini tutmaq çox çətindir. Hazırda hakimiyyət seçkilərin legitimliyi məsələsi ilə bağlı çolx ağır duruma düşüb, bəlkə Qərb institutlarının basqılarını önləmək üçün efir vaxtının ayrılması qərarı verilə bilər. Yox, basqıları ciddi qəbul etmirlərsə, əks qərar da verərlər və mən buna heç təəccüblənmərəm”.


Siyavuş Novruzov: Çünki başqa partiyalar 60 dairədən namizəd irəli sürməyə adam tapmırlar belə olanda da alternativlik olmur

Hakim Yeni Azərbaycan Partiyası (YAP) noyabrın 1-də keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat mərhələsində pulsuz efir vaxtından istifadə etməyəcək.

Bunu “Report”a YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, YAP ödənişsiz efir vaxtından imtina edəcək. O xatırladıb ki, 2010-cu ilin parlament və 2014-cü ilin bələdiyyə seçkilərində YAP-ın 60-dan artıq seçki dairəsində namizədi qeydə alınıb, amma hakim partiya pulsuz efir vaxtından imtina edib: “Biz bütün seçkilərdə, o cümlədən 2010-cu ilin parlament və 2014-cü ilin bələdiyyə seçkilərində partiya olaraq iştirak etmişik. Belə olanda YAP-a pulsuz efir vaxtı ayrılır, dövri mətbuatda təşviqatın aparılmasına şərait yaradılır. Amma biz bundan imtina edirik, çünki başqa partiyalar 60 dairədən namizəd irəli sürməyə adam tapmırlar. Belə olanda da alternativlik olmur. Ona görə də dövlətin ayırdığı ödənişsiz efir vaxtından imtina edirik”.

YAP icra katibinin müavini deyib ki, pulsuz efir vaxtının ayrılmasının məqsədi hər bir namizədə bərabər təbliğat-təşviqat kampaniyası aparmaq üçün şərait yaratmaqdır: “Mərkəzi Seçki Komissiyası bütün namizədlərin efir vaxtından istifadə hüququnun olması ilə bağlı qərar verə bilər. 2010-cu ilin parlament seçkilərində hər bir dairədən olan namizədlərin “dəyirmi masa”ları keçirildi. Yəqin ki, bu il də belə olacaq”.

Seçki Məcəlləsinə əsasən, 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır, o cümlədən dövlətdən maliyyələşən dövri mətbuatda pulsuz təbliğat-təşviqat aparmaq üçün şərait yaradılır.

Ana səhifəXəbərlərYAP parlament seçkiləri üçün ayrılan pulsuz efir vaxtından imtina edəcək (yenilənib)