Xirosima

Mənbə: google.az

Başlıq: Xirosima

Xirosimanın bombalanmasından 75 il ötür

Şəhərin meri millətləri eqoist millətçilikdən əl çəkməyə və bütün təhlükələrə qarşı birləşməyə çağırıb

Cümə axşamı Xirosimada dünyaya atılmış ilk atom bombasının 75 ci ildönümünü qeyd etmək üçün kilsə zəngləri çalınıb, -“Reuters” xəbər verir.

Mərasimlər koronavirus səbəbiylə limitləşdirilsə də, şəhərin meri millətləri eqoist millətçilikdən əl çəkməyə və bütün təhlükələrə qarşı birləşməyə çağırıb.

Minlərlə insan adəti üzrə dinclik simvolu olaraq dua etmək və mahnı oxumaq üçün yapon şəhərinin mərkəzindəki Sülh Parkını yığışsalar da, onların mərasimə daxil olması məhdudlaşdırılıb. Anım mərasimində sadəcə qurbanların ailələri və hadisədən sağ qalanlar iştirak edə bilib.

Xirosima fəlakəti zamanı 40,000-ə yaxın insan ölüb.

“6 avqust 1945-ci ildə tək bir atom bombası şəhərimizi dağıtdı. O vaxtlar şayiələr var idi ki, burada 75 il heç nə inkişaf etməyəcək”, - mer Kazumi Matsui mərasimdə deyib.

“Buna baxmayaraq Xirosima sülh simvoluna çevrildi”.

1945-ci il avqustun 6-da səhər saat 8:15-də ABŞ-ın B-29 döyüş təyyarəsi Enola Gay Xirosimaya "Kiçik oğlan" adlı bomba atıb və 350.000 əhalisi olan şəhəri məhv edib. Minlərlə insan daha sonra radiasiya ilə əlaqəli xəstəliklərdən ölüb.

Cümə axşamı insanlar Xirosimada bomba partladığı dəqiqəni bir anlıq sükutla anıblar. Baş nazir Şinzo Abe həmişəki kimi tədbirə qatılsa da, xarici ziyarətçilərin sayı mərasimdə az olub, - “Reuters” qeyd edir.

Matsui Yaponiyanı 2017-ci ildə BMT-nin nüvə silahına qadağa qoyan paktını ratifikasiya etməyə çağırsa da, Abe Yaponiyanın nüvə silahını ləğv etmək üçün “millətlər arasında körpü rolu oynayacağını” qeyd edərək hər hansı pakta birbaşa istinaddan çəkinib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ptrv6g

Ən çox baxılan