Elçin Həsənzadə

Mənbə: Elçin Həsənzadənin şəxsi arxivindən

Başlıq: Elçin Həsənzadə

Xanımı: Siyasi fəal həbsxanadan müalicə müəssisəsinə köçürüləcək

“Elçin Həsənzadə dərmanlarla yaşayır”

Həbsdə olan siyasi fəal Elçin Həsənzadənin səhhətində ciddi problemlər yarandığı, onun böyrəyində və ürək nahiyəsində ağrılar başladığı deyilir.

Məlumatı "Turan"a Elçin Həsənzadənin həyat yoldaşı Leyla Həsənzadə verib.

Leyla Həsənzadə gələn həftə həyat yoldaşının həbsxanadan Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürüləcəyini deyib.

“Elçinin uşaqlıqdan ürək qüsuru var. O, dərmanlarla yaşayır”,- Leyla Həsənzadə belə söyləyib.

2020-ci ilin iyununda Mingəçevir şəhər Mənzil İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev onlar barəsində xüsusi ittiham qaydasında iddia qaldırıb. 2020-ci il noyabrın 16-da Mingəçevir Şəhər Məhkəməsi hakim Hüseyn Mirzəliyevin sədrliyi ilə Elçin Həsənzadə və İbrahim Türksoyun Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə 1 il islah işlərinə məhkum edilməsi barədə hökm çıxarıb.

Onlar məhkəmə zalında həbs ediliblər.

Məhkumlar məhkəmənin hökmünü sifarişli hesab edib və apelyasiya şikayəti veriblər.

Şəki Apelyasiya Məhkəməsi bu il, martın 2-də Elçin Həsənzadə və İbrahim Türksoyun 8 ay azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/spk0io

Ən çox baxılan