Xalq artisti vəfat edib

Vaqif Əsədov. Foto: oxu.az

Vaqif Əsədov “Qurd qapısı” məzarlığında dəfn olunub

Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov vəfat edib.

Sənətçi mayın 20-də Yasamal qəbristanlığında (“Qurd qapısı” qəbiristanlığı) dəfn olunub.

Dəfndə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, mərhumun ailə üzvləri, yaxınları və eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əsədov Vaqif Firudin oğlu 1947-ci ildə Naxçıvanda doğulub.

1969-cu il may ayının 25-də ovaxtkı Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb.

1989-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib. 1978-ci ildə Azərbaycan SSR Əməkdar artisti, 2006-cı ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.
2018-ci ildə “Azərbaycan Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Xalq artisti mayın 19-da 75 yaşında vəfat edib.

Ana səhifəMədəniyyətXalq artisti vəfat edib