Mənbə: kulis.az

Xalq artisti koronavirusa yoluxub

Bəsti Cəfərova “Yeni Klinika”ya yerləşdirilib

Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Bəsti Cəfərova koronavirusa yoluxub.

Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının Meydan TV-yə verdiyi məlumata görə, aktrisa bu gün “Yeni Klinika”ya yerləşdirilib.

“Müalicəsinə başlanılıb. Həkimlər çalışır ki, hərarətini aşağı salsınlar. Bu gün kompüter tomoqrafiya (KT) müayinəsi olunacaq. Boğulma, öskürək və yaxud quru öskürək kimi hallar yoxdur. İnanırıq ki, aktrisamızın səhhəti qarşıdakı günlərdə yaxşı olacaq”, - o bildirib.

Bəsti Cəfərova 1980-ci ildən Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Teatrla yanaşı, bir sıra televiziya tamaşalarında və filmlərdə rol alıb.

1989-cu ildə əməkdar, 1998-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.

Prezident təqaüdçüsüdür.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/p5aswz

Ən çox baxılan