”Wikileaks” tәsisçisi Londonda hәbs olunub

Julen Assange hәbsdәn yayınmaq üçün yeddi ilә yaxındır ki, Ekvadorun Londondakı sәfirliyindә yaşayırdı

Source: Meydan TV
Julian Assange həbs edildi


Culian Assanj hәbsdәn yayınmaq üçün yeddi ilә yaxındır ki, Ekvadorun Londondakı sәfirliyindә yaşayırdı

“Wikileaks” platformasının tәsisçisi Culian Assanj (Julian Assange) Londonda hәbs olunub. Bu haqda Almaniyanın “Deutsche Welle” dövlәt telekanalı mәlumat verir. Bunda әvvәl Evkadorun Londondakı sәfirliyi onun sığınacaq hüququnu әlindәn almışdı. Assangenin ABŞ-a tәhvil verilәcәyi gözlәnilir.

Culian Assanj (Julian Assange) hәbsdәn yayınmaq üçün yeddi ilә yaxındır ki, Ekvadorun Londondakı sәfirliyindә yaşayırdı. Britaniya polisi Assangeni elә oradaca hәbs ediblәr. Bundan әvvәl isә Ekvador hökumәti qaydalara uymadığına görә onun sığınacaq hüququnu әlindәn almışdı. Britaniya polisinin mәlumatına görә, onlar sәfirliyin dәvәti ilә ora daxil olublar.

“Wikileaks”ın yaradıcısı ilә Ekvator hökumәti arasında münasibәtlәrin pislәşmәsi ötәn aylardan başlamışdı. Oktyabrda onun kommunikasiya vasitәlәri mәhdudlaşdırılmışdı. Assangenin statusunun әlindәn alınmasına sәbәb onun Ekvator vә digәr ölkәlәrin daxili işlәrinә qarışması göstәrilir.

“WikiLeaks”də Azərbaycan haqda da məlumatlar getmişdi. Jurnalist 2005-2010-cu illərdə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Enn Dörsün Vaşinqtona yazdığı məktubları dərc etmişdi. Məktublarda birbaşa hökumət rəhbərliyi, nazirlər və onların xüsusiyyətləri haqqında gizli məlumatlar yer alırdı.

Azərbaycan Prezidentinin Mətbuat Xidməti isə bu materialları Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini korlamaq, ölkə başçıları arasında inamsızlıq və etimadsızlıq yaratmaq məqsədi daşıyan açıq təxribat adlandırmışdı.

Ana səhifəDünya”Wikileaks” tәsisçisi Londonda hәbs olunub